Azərbaycanın Hərbi prokuroru həbs olunan erməni silahlılarından danışıb
"Report" xəbər verir ki, bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.
"Qeyd olunmalıdır ki, erməni hərbi qulluqçularından Lüdvik Mkrtiçyana və Alyoşa Xosrovyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (İşgəncə), 115.2-ci (Müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə qanunsuz olaraq keçmə) və digər maddələri ilə ittiham elan olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Bakı Hərbi Məhkəməsinin hökmü ilə hər biri 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər", - X.Vəliyev deyib.