Ermənistanda Baş qərargah rəisini də istintaqa çağırdılar - Onun da həbsi istisna deyil

Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Artak Davtyan keçmiş müdafiə naziri David Tonoyanın işi üzrə istintaqa çağırılıb. Bu haqda Ermənistan KİV-ləri yazır. Bildirilir ki, Davtyana qarşı ittihamın irəli sürüləcəyi istisna deyil.
Xəbər verildiyi kimi, ötən gün David Tonoyanın barəsində iki aylıq həbs qətimkan qərarı verilib. O və Müdafiə Nazirliyinin podratçısı, “Patron Davo” ləqəbli David Qalstyan 4.5 milyon dollarlıq mənimsəmədə ittiham olunurlar.
Söhbət Ermənistan ordusunun silah-sursatla təchiz edilməsi zamanı yol verilmiş korrupsiyadan gedir. Epizodlardan birinə əsasən “Patron Davo” Ermənistan ordusuna istifadə müddəti bitmiş artilleriya mərmiləri və raketlər satıblar.
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: