Avropada təbii qazın qiyməti artmaqdadır - Tarixi rekord yenilənib

Bu gün hərracların açılışı zamanı Avropada qazın min kubmetrinin qiyməti demək olar ki 1 200 ABŞ dolları həddinə çatıb. Bu barədə birja məlumatlarında deyilir.
Məlumata görə, 1 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də noyabr fyuçerslərinin qiyməti 1 199,4 dollar təşkil edib.
Xatırladaq ki, son həftələr ərzində Avropada qazın qiymətində kəskin artım qeydə alınıb. Bu həftə TTF indeksi ilə qazın min kubmetrinin qiyməti ilk dəfə olaraq 1 100 dollar həddini ötüb.
Oxunub: 336
Xəbəri paylaş
Paylaş: