Həbsdəki daha bir keçmiş icra başçısı ölüm ayağında -
Süni tənəffüs aparatına qoşulub...
"Koronavirusa yoluxan Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyevin vəziyyəti daha da ağırlaşıb".
Bunu M.Quliyevin vəkili Leyla Məmmədova deyib.
O xatırladıb ki, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalında müalicə alan sabiq icra başçısı hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir.
Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 2020-ci il aprelin 29-da saxlanılb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Ona Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və isriaf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilərək ittiham elan edilib.
Aprelin 30-da, o Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Hazırda onun cinayət işi üzrə məhkəməsi Lənkəran Ağır Cinayətlər Məhkəməsində araşdırılır.