Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
RUS SİYASƏTİNİN “UŞAQ OĞRUSU”- Anti-Azərbaycan isterikasının “travmalı fədaisi”ni bizə kim qısqırdır?
PUTİN 90-cı illərdə istintaqdan QAÇARAQ BU ADAYA SIĞINIB - SENSASİON BİLGİLƏR YAYILDI
ƏLİYEV VƏ PAŞİNYAN AĞ EVDƏ! - Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər
Press-fakt.az
    
  • Tokayev Türkiyədən sonra Türkmənistanda səfərdədir
    Tokayev Türkiyədən sonra Türkmənistanda səfərdədir
  • 
  • “Dollar TƏHLÜKƏ ALTINDADIR”-
    “Dollar TƏHLÜKƏ ALTINDADIR”- “Trampın addımları vəziyyəti daha da pisləşdirir”
  • 
  • Bu direktor da səs yazısına görə işdən çıxarıldı
    Bu direktor da səs yazısına görə işdən çıxarıldı
  • 
  • Trampın hədəsinə Hindistan XİN-dən reaksiya
    Trampın hədəsinə Hindistan XİN-dən reaksiya
  • 
  • RUS SİYASƏTİNİN “UŞAQ OĞRUSU”-
    RUS SİYASƏTİNİN “UŞAQ OĞRUSU”- Anti-Azərbaycan isterikasının “travmalı fədaisi”ni bizə kim qısqırdır?
  • 
  • Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi -
    Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi - Hətta dərslikləri eşələyir
  • 
  • Şıxlinski barəsində məhkəmə qərar verib -
    Şıxlinski barəsində məhkəmə qərar verib - Həbs edildi
  • 
  • Vaxt azalır! Trampın xüsusi elçisi avqustun 6-da  Moskvaya gedəcək
    Vaxt azalır! Trampın xüsusi elçisi avqustun 6-da Moskvaya gedəcək
  • 
  • Qusman Bakıdadır -
    Qusman Bakıdadır - Sabiq nazirlərlə yanaşı əyləşdi /VİDEO
  • 
  • Tozlu hava üç gün davam edəcək
    Tozlu hava üç gün davam edəcək
  • 
  • “Putinin beyninə girmək mümkün deyil”-
    “Putinin beyninə girmək mümkün deyil”- “Onun başında problem var”
  • 
  • PUTİN 90-cı illərdə istintaqdan QAÇARAQ BU ADAYA SIĞINIB -
    PUTİN 90-cı illərdə istintaqdan QAÇARAQ BU ADAYA SIĞINIB - SENSASİON BİLGİLƏR YAYILDI
  • 
  • ÇL: “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu
    ÇL: “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu
  • 
  • Dünya bu görüntüdən danışır!
    Dünya bu görüntüdən danışır! Netanyahu çətin vəziyyətdə, insanlar küçələrə axışdı - FOTO
  • 
  • “Krokus Siti Hol” terrorunun məhkəməsi başlayır -
    “Krokus Siti Hol” terrorunun məhkəməsi başlayır - 19 nəfər mühakimə olunur
  • 
  • "Putin Zelenski ilə görüşməyə hazırdır"-
    "Putin Zelenski ilə görüşməyə hazırdır"-  Kreml
  • 
  • "Bakı Metropoliteni"ndə rəislər işdən çıxarıldı - 
    "Bakı Metropoliteni"ndə rəislər işdən çıxarıldı -  4 ay əvvəl təyin edilmişdilər
  • 
  • "Xameneyinin baxışı dəvə baxışıdır"-
    "Xameneyinin baxışı dəvə baxışıdır"- Hökumət mollası
  • 
  • TƏBRİZ, NİYƏ DOKTORA DƏSTƏK OLMURSAN?..
    TƏBRİZ, NİYƏ DOKTORA DƏSTƏK OLMURSAN?..
  • 
  • HƏMAS danışıqlara davam etmək üçün 250 yardım TIR-ı istədi -
    HƏMAS danışıqlara davam etmək üçün 250 yardım TIR-ı istədi - İDDİA
  • 
  • Ərdoğan Kiyevə gedir -
    Ərdoğan Kiyevə gedir - Səfirdən AÇIQLAMA
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “Prezident İlham Əliyev mənə çox böyük etimad göstərib" - Yeni nazir
  • ƏLİYEV VƏ PUTİN VİDEOKONFRANS FORMATINDA GÖRÜŞÜB - Tam mətn - Video
  • "Müharibədən sonrakı vəziyyət kövrəkdir" - İlham Əliyev
  • Prezident İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub (MƏTN)
  • Azərbaycan Prezidenti Yaponiyaya təşəkkür edib
  • Prezident İlham Əliyev İspaniyanın "EFE" agentliyinə müsahibə verib - TAM MƏTN

    • Tarix: 2-10-2021, 11:21

    Prezident İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibə verib - TAM MƏTN


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.
    Globall.az müsahibəni təqdim edir.

    - Sabahınız xeyir, cənab Prezident.

    - Sabahınız xeyir.

    - Mənə vaxt ayırdığınız üçün təşəkkür edirəm.

    - Təşəkkür edirəm. Sizi görməyə çox şadam.

    - Mən həqiqətən buna görə Sizə minnətdaram.

    - Təşəkkür edirəm. Auditoriyanız qarşınızda çıxış etmək imkanına görə sizə təşəkkür edirəm.

    - Dərhal suallara keçəkmi?

    - Bəli, necə istəyirsiniz.

    - Cənab Prezident, bir il bundan əvvəl Dağlıq Qarabağda müharibə başlamışdır və Siz əksər ərazilər üzərində nəzarətə təkrarən yiyələndiniz. Noyabrda Siz mənə dediniz ki, müharibədən sonra bir araya gəlməyə və ya danışıqlar masasına qayıtmağa razı olacaqsınız. Siz indi baş nazir Paşinyanla birbaşa bir araya gəlməyə hazırsınızmı və əgər cavabınız “bəli”dirsə, bu, nə zaman baş verəcək və hansı formatda?

    - Bəli, sizə keçən dəfə dediyim kimi biz hazırıq. Əslində, danışıqlar və təmaslar başlamışdır. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub. Həmçinin bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub. Bu, müharibə bitəndən sonra birinci dəfə baş vermişdir. Bizim nazirin mənə verdiyi məlumata görə hesab edirəm ki, görüş konstruktiv və ümidverici olmuşdur. Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik.

    - Lakin Sizin bu gün baş nazir Paşinyanla bir araya gəlməyə heç bir niyyətiniz yoxdur?

    - Mən hazıram və mövqeyimi artıq ifadə etdim. Ermənistan tərəfi hazırdırsa, mən də hazıram. Bizim bir görüşümüz olmuşdur və o, Rusiya Prezidenti Vladimir Putinin dəvəti əsasında bu ilin əvvəlində üçtərəfli formatda keçirilmişdir. Mən cənab Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram. Beləliklə, mən bu müzakirələrə açığam və hesab edirəm ki, bu, müharibənin bitdiyinin və həmin səhifənin çevrildiyinin yaxşı göstəricisi ola bilər. Bu, çox vacibdir. Çünki biz hələ də Ermənistan siyasi isteblişmentində revanşizm cəhdlərini nümayiş etdirən bəyanatları, tarixən və beynəlxalq hüquq əsasında bizə məxsus olan əraziləri təkrar ələ keçirmək üçün gələcək planların qurulması cəhdlərini görür və eşidirik. Buna görə, Ermənistan hökumətinin iradəsi, ciddi iradəsi, təkcə sözlər, bəyanatlar yox, əməllər müharibənin bitməsini və bizim sülh dövrünə doğru irəlilədiyimizi nümayiş etdirəcək.

    - Lakin Ermənistan üçün hələ Dağlıq Qarabağın statusu məsələsi var və keçmişdə Siz onlara qismən muxtariyyət kimi imkanlar təklif etmişdiniz. Bu, hələ də qüvvədədirmi, yoxsa artıq müzakirə predmeti deyil?

    - Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik. Əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir. Bizim mövqeyimizə gəldikdə, mən bunu dəfələrlə bildirmişəm. Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olmuşdur. Biz deyirdik ki, - Minsk qrupunun həmsədrləri bunu çox yaxşı bilirlər, - Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər. Lakin bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladım. Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır.

    - Sizin dediyiniz kimi, sərhədlərin delimitasiyası, hərbi əsirlər, minalardan təmizləmə kimi müzakirə olunası bir çox başqa məsələlər var. Bu məsələlər üzərində iş necə gedir? İrəliləyiş varmı, yoxsa hər şey dayanıb?

    - Dırnaqarası müharibə əsirlərinə gəldikdə, mən sizin tamaşaçılarınız üçün bu məsələyə aydınlıq gətirmək istəyirəm. Mən dəfələrlə beynəlxalq hüququn normalarına və beynəlxalq konvensiyalara istinad edərək, hansı şəxslərin müharibə əsirləri hesab oluna biləcəyi ilə bağlı danışmışam. Beynəlxalq konvensiyalara əsasən, belə şəxslər müharibə zamanı saxlanılmış və ya əsir götürülmüş insanlardır. Müharibə zamanı saxlanılmış bütün şəxslər müharibə başa çatan kimi tərəfimizdən dərhal qaytarılıb. Əslində, biz onları Ermənistan bizim əsirləri qaytarmamış geri vermişik. 

    Ermənistan və bəziləri tərəfindən “müharibə əsirləri” adlandırılan sonra saxlanılmış və artıq həbsdə olanlar bu kateqoriyaya daxil deyillər. Bu adamlar işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərilənlərdir. Onlar azad etdiyimiz ərazilərdə dekabrın əvvəlində saxlanılıblar. Bunlar 62 nəfərdən ibarət olub və onların bəziləri cinayətlər törədiblər. Onlar bizim hərbçilərimizə hücum edib və dörd nəfəri qətlə yetiriblər. Yəni, bunlar müharibə əsirləri deyil, onlar azərbaycanlı mülki əhaliyə və hərbçilərə hücum etmək məqsədilə göndərilmiş terrorçu və diversiya qrupunun üzvləridir. Buna baxmayaraq, biz bu müddət ərzində onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın göstəricisi idi.

    Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərdə basdırılmış minaların xəritələrinə gəldikdə, burada söhbət yüz minlərlə minadan gedir. İlkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur. Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin. Həmin xəritələrdə minalanmış ərazilər yox, - onsuz da onlar hər yerə mina basdırıblar, - minaların dəqiq yerləri göstərilsin. Belə xəritələr onlarda var. Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik.

    - Minsk qrupu vasitəçiliklə məşğuldur, ancaq kömək təklif edən digərləri də var. Məsələn, Avropa İttifaqı minaların təmizlənməsi və sərhədlərin delimitasiyasında yardım göstərməyi təklif edib. Bu məsələ tərəfinizdən nəzərdən keçirilirmi? Postmüharibə dövründə Avropa İttifaqı hər hansı bir rol oynaya bilərmi?

    - Bəli, biz bu təşəbbüsləri dəstəkləyirik. Bu mövzular bizim rəsmilər və Avropa İttifaqı nümayəndələri arasında çoxsaylı təmaslarda müzakirə edilir. Bundan əlavə, cari ilin yayında Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin Azərbaycana səfəri zamanı biz vəziyyəti geniş müzakirə etdik və fəal şəkildə çalışmaqla bağlı birgə niyyətimizi ifadə etdik. Avropa İttifaqı yenidənqurma və dinc mühitin yaradılması kimi müxtəlif sahələrdə təcrübəyə malikdir. Beləliklə, Avropa İttifaqı delimitasiya prosesində iştirak etmək və hər iki tərəfi razılığa gətirməklə bağlı niyyətini ifadə etdi və biz belə təşəbbüsləri dəstəkləyirik. Lakin, bildiyimə görə, Ermənistan tərəddüd edir. Ermənistan Avropa İttifaqının təklifini qəbul edib-etməyəcəyi ilə bağlı qərar verməyib. Azərbaycanın mövqeyi isə olduqca açıqdır. Biz işləməyə hazırıq və müxtəlif səviyyəli dövlət rəsmilərimiz Avropa İttifaqı ilə təmasdadırlar. Avropa İttifaqı bizə delimitasiya, kommunikasiyaların açılması və postmüharibə dövründə inkişaf məsələlərində yardım edə bilər. Biz, həmçinin Avropa İttifaqı ilə iqtisadi yardım məsələsi ətrafında müzakirələr aparırıq. Bizə məlumdur ki, Avropa İttifaqı Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bu proses artıq başa çatmış da ola bilər. Əlbəttə, bizim gözləntimiz ondan ibarətdir ki, həmin həcmdə məbləğ eyni şərtlərlə Azərbaycana da təklif edilsin. İstər qrant, istərsə də kredit – burada bərabərlik olmalıdır. Çünki işğaldan əziyyət çəkmiş olan ölkə bizik. Bizim 10 min kvadratkilometr sahəyə malik olan, tamamilə dağıdılmış ərazimiz, yüzlərlə şəhər və kəndlərimiz var. Bu səbəbdən biz, əlbəttə ki, həmin iqtisadi yardım paketinin qeyri-balanslı olmasına dair öz narahatlığımızı ifadə etdik. Hazırda biz Avropa İttifaqı ilə təmaslarımızı davam etdiririk və onlardan bizə iqtisadi dəstəklə əlaqədar təklif gözləyirik. Avropa İttifaqı çox iş görə bilər. Biz bu imkanlardan istifadə etməyə hazırıq və Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edirik.

    - Mülki əhalinin işğaldan azad olunan ərazilərə nə zaman qayıda biləcəyini təxmin edirsiniz?

    - Əlbəttə, burada ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik. Dəfələrlə dediyim kimi, bu işdə bizim əsas rəqibimiz zamandır. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir. Bununla belə, minaları təmizlədiyimiz yerlərə gəldikdə, biz mülki əhali üçün artıq qəsəbələri, şəhərləri və kəndləri tikməyə başlamışıq. Birinci gördüyümüz iş tələbatların və infrastrukturun tam nəzərdən keçirilməsi oldu. Elektrik enerjisi infrastrukturu bu ilin sonuna, yəni bir neçə aydan sonra tam hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına aid olan məsələlər də vacibdir. Biz artıq bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən birinə sərmayə qoymağa başlamışıq və ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə həmin kənd ilk sakinləri qəbul edə biləcək. Bu proses artıq gedir. Bütün şəhərlər üçün baş planlar hazırlayırıq. Sonra isə kəndlər üçün bunu edəcəyik. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayırmışıq.
    Beləliklə, bunun başlamasının dəqiq vaxtını söyləmək çətindir. Lakin, proses mərhələli şəkildə başlayacaq. Qeyd etdiyim kimi, birinci mərhələ bir neçə ay davam edəcək.

    - Müharibə zamanı Türkiyə sizə dəstək verdi. Rusiya atəşkəs üçün vasitəçi kimi çıxış etdi və sülhməramlıları göndərdi. Fikrinizcə, müharibə regionda güclər balansını dəyişdimi?

    - Bəli, Türkiyə lap başlanğıcdan bizə dəstək verdi. Biz müharibənin ilk günlərindən verdiyi siyasi və mənəvi dəstəyə görə Türkiyə hökumətinə çox minnətdarıq. İndi isə, müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Bildiyiniz kimi, Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Beləliklə, artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır. Azərbaycan ilə Ermənistan arasında güclər balansı hələ xeyli il bundan əvvəl dəyişdi. Biz öz potensialımızı, Ermənistanın potensialını bilirdik. Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi. Düşünürəm ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın iki qonşusu kimi, – yeri gəlmişkən, onlardan biri Ermənistanın qonşusudur, – sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar. Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir.

    - Elə mən də dəqiqliklə onu soruşmaq istəyirdim. Yəni sabitlik, eləcə də, Cənubi Qafqazın üç dövləti arasında və onların qonşuları – Türkiyə, Rusiya və İranla fəal regional əməkdaşlıq...

    - Bəli, biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik. Ermənistan hələ ki, cavab verməyib. Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. Lakin, biz bu təklifi tam dəstəkləyirik. Bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də, ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək. Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək. Təkcə, Azərbaycanın güclü təşviq etdiyi kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək.

    - Sonuncu sualım. Əməkdaşlıq haqqında danışdıqda, Azərbaycan ötən ilin sonunda Cənubi Avropa ölkələrinə təbii qazı nəql etməyə başlayıb. Hazırda Avropanın qaz bazarında ehtiyatda saxlanılan qazın həcmi çox aşağı düşüb. Qiymətlər isə sürətlə qalxır. Bu halda Sizin ixracı artırmaq niyyətiniz varmı? Avropaya əlavə nə qədər qaz nəql edə bilərsiniz?

    - Haqlısınız. Biz təbii qazımızı Avropaya ixrac etməyə ötən ilin son günü - dekabrın 31-də başladıq. Həmin vaxtdan etibarən ixracımızın profili artmaqdadır. Biz uzun illər, 15 il ərzində Avropa bazarında etibarlı neft təchizatçısıyıq və hər hansı fasilə olmayıb. İndi isə təbii qazın etibarlı təchizatçısı kimi biz öz rolumuzu oynayırıq. Bizim təbii qazın qiyməti digər mənbələrdən daxil olan qazdan ucuzdur. Bu qaz yeni mənbədən gəlir. Cənub Qaz Dəhlizinin vacibliyi nəinki əlavə qaz həcmləri, o cümlədən alternativ mənbə olması ilə izah edilir. Bu, enerji təhlükəsizliyi məsələsidir. Biz Avropa istehlakçılarına göndərdiyimiz qazı artıq müqavilə əsasında satmışıq. Buna görə, əgər Avropa istehlakçılarından əlavə tələbat olarsa, biz danışıqlara başlamalıyıq, çünki siz əvvəlcə qazı satmalısınız, sonra onu hasil etməlisiniz. Adətən qaz biznesində fəaliyyətin ardıcıllığı belədir.
    Azərbaycanda təbii qazın təsdiq edilmiş ehtiyatları 2.6 trilyon kubmetrdir. Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər. Hazırda, yeni yataqların kəşf edilməsi mərhələsindəyik. Azərbaycanın neft və qaz sektoruna böyük enerji şirkətləri arasında maraq artır. Biz həcmi və hasilatı artıra bilərik, lakin bunun üçün hazırda danışıqlara başlamalıyıq və yeni müqavilələri imzalamalıyıq. Sonra isə, daha çox hasilata sərmayə yatıracağıq.

    - Lakin bu qış üçün o, mümkün deyil, düzdür?

    - Texniki və kommersiya baxımından mümkün deyil. Cəmi bir və ya iki ay qalır. Lakin, əgər indi başlasaq, fikrimcə, biz növbəti qış üçün hazır olacağıq. Həcmlərin artırılması üçün potensial var və üstəgəl, biz özümüz və xarici investorlar hazırda bərpa olunan enerjiyə sərmayə yatırırıq. Bu səbəbdən, özümüz istehlak etdiyimiz təbii qazı ixraca yönəldə biləcəyik, çünki bunu günəş və külək enerjisi ilə əvəz edəcəyik. Beləliklə, qeyd etdiyim kimi, bu halda potensial çox böyükdür. Boru kəməri istismar edilir. Gələcəkdə biz təchizatımızın coğrafiyasını Avropada Balkanlara və Şərqi Avropanın bir sıra digər ölkələrinə qədər genişləndirə bilərik. Bu, istehlakçılar və bizim üçün, o cümlədən, şirkətlər və hər kəs üçün enerji təhlükəsizliyi baxımından yaxşı olardı.

    - Cənab Prezident, çox sağ olun. Çox təşəkkür edirəm.

    - Sağ olun, çox sağ olun. Sizə uğurlar arzu edirəm. Sağ olun.

    Oxunub: 396
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      05-08-2025
      01:00 | Pentaqon "Patriot" batalyonlarının sayını artırmağı planlaşdırır
      00:55 | Tokayev Türkiyədən sonra Türkmənistanda səfərdədir
      00:45 | “Dollar TƏHLÜKƏ ALTINDADIR”- “Trampın addımları vəziyyəti daha da pisləşdirir”
      00:40 | Ukraynaya 500 milyon avro dəyərində Amerika silahı verən ilk ölkə olacaq
      00:35 | Bu direktor da səs yazısına görə işdən çıxarıldı
      00:30 | Trampın hədəsinə Hindistan XİN-dən reaksiya
      00:25 | Almanlar müharibəyə hazır deyil?- Gənclər icbari xidmətdən qaçır /SORĞU
      00:20 | RUS SİYASƏTİNİN “UŞAQ OĞRUSU”- Anti-Azərbaycan isterikasının “travmalı fədaisi”ni bizə kim qısqırdır?
      00:15 | "Netanyahu hökuməti ölkəni sonsuz müharibəyə sürüklədi"- Müxalifət lideri
      00:10 | Mixalkov Azərbaycan əleyhinə olanların sırasına keçdi - Hətta dərslikləri eşələyir
      00:05 | "Mənə dedi ki, burdan sonra başqa yerləri də partladacaq"-  Sinaqoqda terrora hazırlaşanın məhkəməsi
      00:00 | Şıxlinski barəsində məhkəmə qərar verib - Həbs edildi
      04-08-2025
      19:15 | Hər il 20 milyon insanı öldürür - İnfarktın bu 5 əlamətinə diqqət edin!
      19:00 | Vaxt azalır! Trampın xüsusi elçisi avqustun 6-da Moskvaya gedəcək
      18:30 | Dövlət Xidməti TENDER KEÇİRMƏDƏN 5,8 MİLYONLUQ 7 satınalma müqaviləsi İMZALADI
      18:00 | “UTANMAQ LAZIMDIR!...”- Mötəbər bilik yarışında UĞURSUZLUQ
      17:56 | Azərbaycana bu ölkədən ətlər gətirilir - Əhaliyə 13.50 AZN-dən satılır - FOTO
      17:45 | Qusman Bakıdadır - Sabiq nazirlərlə yanaşı əyləşdi /VİDEO
      17:35 | Tozlu hava üç gün davam edəcək
      17:30 | “Putinin beyninə girmək mümkün deyil”- “Onun başında problem var”
      15:15 | PUTİN 90-cı illərdə istintaqdan QAÇARAQ BU ADAYA SIĞINIB - SENSASİON BİLGİLƏR YAYILDI
      15:00 | Prezident Əliyev Rusiyaya buna görə cavab verdi - Pol Qobldan mühüm açıqlama /Müsahibə
      14:55 | ÇL: “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri bəlli oldu
      14:45 | Dünya bu görüntüdən danışır! Netanyahu çətin vəziyyətdə, insanlar küçələrə axışdı - FOTO
      14:35 | “Krokus Siti Hol” terrorunun məhkəməsi başlayır - 19 nəfər mühakimə olunur
      14:30 | NİYƏ MƏHZ AYVAZOVSKİ?- Nədən “sülhməramlılar” digər büstləri aparıb, tək onu saxlayıblar?
      14:20 | Arvadını qətlə yetirən şəxs 15 il azadlıqdan məhrum olunub
      14:15 | "Putin Zelenski ilə görüşməyə hazırdır"-  Kreml
      14:10 | "Bakı Metropoliteni"ndə rəislər işdən çıxarıldı -  4 ay əvvəl təyin edilmişdilər
      14:05 | "Xameneyinin baxışı dəvə baxışıdır"- Hökumət mollası
      14:00 | TƏBRİZ, NİYƏ DOKTORA DƏSTƏK OLMURSAN?..
      13:55 | HƏMAS danışıqlara davam etmək üçün 250 yardım TIR-ı istədi - İDDİA
      13:45 | Ərdoğan Kiyevə gedir - Səfirdən AÇIQLAMA
      13:40 | Rusiya donanmasına ağır zərbə -  "Knyaz Pojariskiy" ifşa oldu
      13:33 | Xaricdə oxumaq hüququ: onların şikayətinə rəsmi cavab…
      13:00 | ƏLİYEV VƏ PAŞİNYAN AĞ EVDƏ! - Bu həftə Vaşinqtonda sülh sazişi imzalana bilər
      12:45 | Bu ölkələrdən Azərbaycana dəvə idxalına məhdudiyyət qoyuldu
      12:30 | Bu ölkə Ukrayna müharibəsinin sponsorudur - Ağ Evdən SƏRT AÇIQLAMA
      12:20 | MİT-dən məxfi əməliyyat: PKK-nın əlindəki iki məmurunu geri aldı
      12:00 | “Sosial şəbəkələrdə ən çox söyüşü dindarlar yazır”- İlahiyyatçı
      11:55 | Dünya NÜVƏ UÇURUMU astanasında: Kimdə NEÇƏ BOMBA VAR və SAVAŞ BAŞLASA NƏ OLACAQ?
      11:44 | İsrail Qəzzada Fələstin Qızıl Ayparasını bombaladı
      11:40 | Türkiyə Suriyada 3 hərbi baza yerləşdirməyə hazırlaşır - Yeni detallar
      11:30 | Dəhşət! Miqrant gəmisi batdı: 55 nəfər öldü
      11:25 | Azərbaycan ərazisində zəlzələlər qaçınılmazdır! - AÇIQLAMA
      11:20 | PUTİNİN XƏYALINDAKI “QƏLƏBƏ”...-  ABŞ Moskvanı buna doğru itələyir
      11:15 | Tərtərdə silahlı insident: “AK-74”-dən atəş açan qazi həbs edildi
      11:10 | “Azərbaycanın bu razılaşmaya qoşulmasına zərurət yoxdur”- “Risklər qazancdan çox ola bilər....”
      11:05 | Ukraynanın bir sıra bölgələri kütləvi dron hücumuna məruz qalıb
      11:00 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      01:00 | ПЕРЕСЕЛЕНИЕ АРМЯН НА ОСНОВЕ РУССКОЯЗЫЧНЫХ ИСТОЧНИКОВ
      00:55 | КАК СОЗДАВАЛАСЬ ИСТОРИЯ АРМЯН КАВКАЗА?
      00:44 | УЧЕНЫЕ РАЗОБЛАЧИЛИ ЛОЖЬ АРМЯН
      00:30 | Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə 7 ayda 250 min ton yük daşınıb
      00:25 | "Ford" yeni nəsil elektrik avtomobillərini təqdim edəcək
      00:20 | MAQATE nümayəndələri Tehrana səfər edəcək
      00:15 | Suriya və İsrail nazirləri Bakıda görüşdü
      00:10 | Rusiyaya bibər aparanların yükündən 103 kq narkotik çıxdı - Fotolar
      00:05 | Azərbaycanda sosial şəbəkələrin nə qədər istifadəçisi var?-  Siyahı
      00:00 | İsrail Qəzzanı tam ələ keçirməlidir - Nazir
      03-08-2025
      19:00 | Özəl məktəblərdə təhsil haqqı 44 min manata qədər yüksəlir - Siyahı və qiymətlər
      18:50 | Kazino Gürcüstana çox qazandırır, amma... "harda kazino varsa, orada fahişəxanalar da olur..."
      17:30 | "Azərbaycan qazı Suriyaya ümid verir"- “Haber Global”/VİDEO
      16:15 | İran və Pakistan arasında TARİXİ RAZILAŞMA: 12 mühüm sənəd İMZALANDI
      16:05 | Ən təhlükəli il gəlir...- Məşhur kahinin kəhanətləri gündəm oldu
      16:00 | ABŞ-ın atom sualtı qayıqları Qara dənizə BURAXILACAQMI?- Türkiyədən icazə almalıdır
      15:55 | İsti hava şəraiti avqustun 8-dək davam edəcək
      15:50 | Rusiya Donetskə zərbələr endirib, 5 nəfər ölüb, 11 nəfər yaralanıb
      14:15 | YADDAŞ NECƏ KƏŞF OLUNDU?- Erik Kandel yazır ki...
      14:05 | Referendum keçirilsəydi, britaniyalıların üçdə biri Aİ-dən çıxmağa səs verərdi
      14:00 | Yazıçı Elçin Əfəndiyev ömrünün 82-ci ilində vəfat edib
      13:55 | Region yenə silkələndi - 73 ildən sonra nə baş verir?
      13:45 | Dövlət qulluqçularına döymə QADAĞANDIR?- Hüquqi İZAH
      13:40 | MƏZUN olduqdan sonra KİM HARADA İŞLƏYİR VƏ NƏ QƏDƏR MAAŞ ALIR?-  ARAŞDIRMA
      13:30 | “Sea Breeze”dəki kazinoya bu şəxslər BURAXILMAYACAQ
      13:25 | Hava proqnozu: Sabah 41 dərəcə isti olacaq
      12:15 | Bakıda əhalinin ən çox və ən sıx yaşadığı RAYONLAR - SİYAHI
      12:10 | Tramp Rusiyanın “nüvə blefini” ifşa etdi - Nüvə siyasəti artıq emosiyalar və...- DETALLAR
      12:00 | İsrailin hücumları nəticəsində Qəzzada daha 37 fələstinli öldü
      11:45 | Ukraynadan PUA hücumu - Soçidə neft bazası partladıldı
      11:40 | Pezeşkian üçün PAKİSTANDA MÖHTƏŞƏM QARŞILANMA
      11:35 | Bir ay ərzində Ukraynanın itirdiyi ərazilərin SİYAHISI
      11:30 | Prezident Fəxrəddin Manafovla bağlı sərəncam İMZALADI
      11:25 | Zatulindən qisas çağırışı: Azərbaycan təyyarələri Rusiyaya buraxılmasın!
      11:20 | Putin hələ də ciddi danışıqlara hazır deyil - Böyük Britaniyanın xarici işlər naziri
      01:21 | UKRAYNADA KORRUPSİYA QALAMQALI: DEPUTAT VƏ SABİQ QUBERNATOR SAXLANILDI - FOTOLAR
      01:11 | Trampın xüsusi nümayəndəsi Moskvaya gedir - SƏBƏB
      01:00 | Ermənistan Baş Prokurorluğu kilsəyə qarşı iddia qaldırıb: Əmlak MN-ə qaytarılsın
      00:45 | Şahin Şıxlinski Moskvada hüquq-mühafizə orqanlarına KÖNÜLLÜ TƏSLİM OLUB
      00:40 | 4 ÖLKƏ Azərbaycan qazının Suriyaya çatdırılmasına dair BƏYANAT YAYDI
      00:35 | Rusiya Paşinyanı devirmək üçün Gümrüyə silah daşıyır - hay saytı
      00:30 | Yekaterinburqda azərbaycanlılara məxsus bazar ləğv edildi
      00:25 | PKK-nı tərksilah etmək üçün təzyiq! Öcalan üç ölkənin adını çəkir
      00:20 | BU HEYKƏL NİYƏ SÖKÜLMƏMƏLİDİR?- Hüquqi şərh
      00:15 | Dünyada dəqiqələrdə milyon qazananlar və... 1 dəqiqəyə 1 milyon qazanan 2 şirkət
      00:10 | "Rusiya ilə əməkdaşlığımız sarsılmazdır”- Hindistandan Trampa cavab
      00:05 | Yer üzündə gün qısaldı: ciddi nəticələr barədə XƏBƏRDARLIQ
      00:00 | Təbrizin cəmi 75 günlük su ehtiyatı qalıb - Tehranda ictimai tualetlər bağlandı
      02-08-2025
      22:00 | SƏNƏDSZ EVLƏR PROBLEMİ həll olunur: İnsanlar HARA MÜRACİƏT ETMƏLİDİR?
      21:50 | HƏMAS müstəqil Fələstin dövləti qurulmayana qədər silahı yerə qoymayacaq
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.