Ermənistanda Silahlı Qüvvələrin baş qərargah rəisinin müavini HƏBS OLUNDU
Ermənistan Milli təhlükəsizlik xidməti Silahlı qüvvələrin baş qərargah rəisinin müavini Stepan Qalstyanın həbs olunduğunu bildirib.
Bu baradə “Hraparak” qəzeti məlumat yayıb.
Məlumatda baş qərargah rəisinin müavininin “Silahlı qüvvələrin ehtiyacları üçün lazım olan silahların tədarükü zamanı iri həcmdə yeyintilərə yol verməkdə və vəzifədən sui-istifadə etməkdə suçlandığı” qeyd olunur.
Təhlükəsizlik xidməti məhkəmədə onun barəsində həbs qətimkan tədbirini seçilməsi üçün vəsatət verib. Stepan Qalstyanın evində də ciddi axtarış tədbirləri həyata keçirilib.
Xatırladaq ki, bu ilin sentyabr ayının 30-da Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan da hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuşdu.
Oxunub: 267
Xəbəri paylaş
Paylaş: