Marneuliyə əlavə polis qüvvələri cəlb olunub
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Marneuli rayonuna əlavə polis qüvvələri göndərib.
Report xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.
DİN-ə məxsus pikap karvanı Tbilisi-Marneuli yolunda görünüb. Marneuliyə əlavə polis qüvvələri rayonda səsvermə günü vəziyyətin gərginləşməsinə yol verməmək üçün cəlb edilib.
Bu gün səhərdən Marneulinin bəzi seçki məntəqələrində insidentlər qeydə alınıb.
Oxunub: 128
Xəbəri paylaş
Paylaş: