Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • “İran maşınları Ermənistanla sərhədi keçə bilmir“- Rəsmi Tehrandan açıqlama
  • Prezident İran TIR-larının qarşısının necə alındığını açıqlayıb: "...Praktiki addımlara keçdik”
  • AZƏRBAYCAN İRANA NOTA VERDİ: "İran avtomobillərinin Qarabağa giriş-çıxışı..."
  • Azərbaycanın İranla ticarət dövriyyəsi kəskin azalıb – Dövlət Gömrük Komitəsi
  • Azərbaycan Qafan-Gorus yolunda İran və erməni maşınlarına daha bir qadağa qoydu...
  • İRAN AZƏRBAYCANI HANSI SİLAHLARLA TƏHDİD EDİR? - “Bu texnikalar Azərbaycan dronları qarşısında acizdır”

    • Tarix: 3-10-2021, 10:00



    "Bu strategiyaya müasir döyüş meydanında yer yoxdur"

    İran son 30 ildə ilk dəfə Naxçıvan sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayıb. Azərbaycana təhdid məqsədi daşıyan təlimlərə sentyabrın 29-da start verilib.

    Azərbaycan, 44 günlük müharibədə qələbə qazandıqdan sonra İranın Ermənistan və separatçı rejimlə fəal ticarət apardığı Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən 21 kilometrlik hissəsini nəzarətə götürüb. Ötən ay ərzində bu yoldan yük daşıyan İran TIR-ları saxlanılıb, araşdırma aparılıb. Daha sonra orada Azərbaycanın gömrük və polis orqanlarının məntəqələri yerləşdirilib. Hazırda bu istiqamətdə İrandan yükdaşıma kəskin azalıb, hələ də davam edənlər isə Azərbaycana rüsum ödəyirlər.

    Rəsmi Bakı sözügedən qanunsuz hərəkətlərlə bağlı İrana şifahi xəbərdarlıq edib, daha sonra diplomatik nota təqdim olunub, Bakıdakı səfir iki dəfə Prezidentin köməkçisi Hikmət Hacıyevlə görüşüb. Amma İran müxtəlif səviyyələrdə Azərbaycana qarşı ittihamçı ritorikadan istifadə edib, sərhədlərdə hərbi manevrlərin keçirilməsi isə siyasi gərginliyi hərbi təhdid elementləri ilə zənginləşdirməkdir. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 27-də Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində demişdi ki, İranın Azərbaycan sərhədinin yaxınlığında hərbi təlimlər keçirməsi təəccüb doğuran bir məsələdir. Prezidentin vurğulamasına görə, Azərbaycanın 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdı...

    İran XİN-nin sözçüsü Səid Xatibzadə isə hərbi təlimlərin ölkənin təhlükəsizlyinə xidmət etdiyini xatırlatmışdı: "Bu bir suverenlik məsələsidir və bütün bölgənin sülh və sabitliyi üçün həyata keçirilir. İranın onun sərhədləri yaxınlığında sionist rejiminin hətta mərasim xarakterli varlığına dözümlülük göstərməyəcəyi və bu kontekstdə milli təhlükəsizliyi üçün gərəkli bildiyi hər cür tədbirləri keçirəcəyi aşkardır”.
    Hazırda İranın hərbi təlimləri davam edir. Maraqlıdır, uzun müddətdir Qərb və İsraillə qarşıdurma vəziyyətində olan, ağır sanksiyalar qoyulmuş qonşu ölkə bu təlimlərdə hansı texnikaları və döyüş strategiyasını nümayiş etdirir? 

    "Azadlıq" radiosunun Fars xidmətində bu barədə geniş məqalə dərc olunub. Məqalədə bildirilir ki, “Xeybər fatehləri” təlimlərinə əslində daha tez başlanıb, Naxçıvanla sərhəd bölgələrə genişmiqyaslı döyüş birləşmələrinin və hərbi texnikanın cəmləşdirilməsinə sentyabrın 25-dən start verilib.



    Məqalədə deyilir: “Bundan əvvəl - sentyabrın 20-də Tehran bir neçə zirehli briqada və İnqilab Keşikçiləri Korpusunun (İİKK) quru qüvvələrinin 31-ci Aşura diviziyasının Araz çayı sahilində keçirdiyi gecə təlimi ilə Bakıya hərbi və siyasi mesaj göndərmək istəmişdi”. 

    Məqalə müəllifinin fikrincə, bu, Azərbaycan tərəfinin yanacaq daşıyan iki təbrizli sürücünü Qafan-Gorus yolunda saxlaması ilə bağlı idi. “Xeybər fatehləri” manevrlərində iştirak edən zirehli texnikanın və artilleriyanın əsas hissələri Poldəşt şəhəri yaxınlığında yerləşdirilib. Bir sıra başqa texnikalar, habelə Maku şəhəri yaxınlığındakı Qaratəpə ərazisinə göndərilib.
    Hərbi təlimlərin keçirildiyi məkan Azərbaycan-Ermənistan sərhədinin bilavasitə yaxınlığındadır. Burada söhbət Naxçıvana Poldəşt və Culfa keçidləri, habelə Ermənistana Norduz keçidi, Naxçıvan-Türkiyə sərhəd keçidi və Makudakı Bazarqan keçidlərinin yerləşdiyi 50 kilometrlik zolaqdan gedir.

    Qeyd olunur ki, İİKK quru qüvvələrinin 31-ci Aşura diviziyasının missiyası Azərbaycan Respublikasından Ərdəbil şəhəri və Şərqi Azərbaycan ostanına hər hansı mümkün təhlükənin qarşısının alınmasıdır.

    Məqalədə daha sonra “Xeybər fatehləri” manevrlərində iştirak edən hərbi texnikadan, onun döyüş hazırlığı və hazırkı vəziyyətindən bəhs olunur. Bildirilir ki, hərbi təlimlərdə istifadə olunan zirehli texnika Qəzvindəki 116-cı, Zəncandakı 216-cı mexanikləşdirilmiş piyada briqadalarına və Həmədandakı 316-cı zirehli diviziyaya aiddir. Bu üç briqadadan başqa, təlimlərə habelə 25-ci xüsusi qüvvələr briqadasının bir neçə vahid texnikası göndərilib.

    Müəllif qeyd edir ki, İranın başqa bölgələrindən fərqli olaraq bu bölgədəki hərbi texnika kiçik modernləşdirmələrə baxmayaraq müasir döyüşlərdə istifadə üçün xeyli köhnəlib. Bunlara misal olaraq sözügedən briqadaların silahlandığı "Chieftain" tanklarını və M-113 zirehli transportyorlarını göstərmək olar.
    Britaniya istehsalı olan "Chieftain" tankları 1970-ci illərdə Qərb hərbi blokunun qüvvələrində geniş istifadə olunurdu, lakin sonradan Rusiyanın daha qalın zirehli T-72 tankının istehsalı ilə əhəmiyyətini itirmişdi. Məsələn "Chieftain" tankının topu 120 mm çaplı idisə, T-72-nin topunun çapı 125 mm idi.



    Bu səbəbdən də şah İranının Hərbiyyə Nazirliyi "Chieftain" tanklarının daha müasir modifikasiyası olan "Shir-1” və "Shir-2" modellərini sifariş etmişdi, lakin sonradan bu sifariş ləğv olunmuş və tanklar İrana çatdırılmamışdı. Sonradan İran-İraq müharibəsi zamanı T-72A tankları ilə döyüşlərdən zəif çıxan "Chieftain" tankları modernlərşdirilib və onların Azərbaycan silahlı qüvvələrində olan T-72 və T-90 tanklarına qarşı döyüş qabiliyyətinin artırılmasına çalışılıb.

    Bu da vurğulanır ki, Vyetnam müharibəsi zamanından qalma M-113 zirehli transportyorlarından İran ordusunda 1966-cı ildən istifadə olunur. Bu maşınlar müasir antitank raketlərinin, habelə intihar dronlarının və Türkiyə istehsalı “Bayraktar TB-2” PUA-larının zərbələri qarşısında gücsüzdürlər.



    İranın sözügedən üç briqadası Rusiya istehsalı BMP-2 zirehli transportyorlarından da istifadə edir. Qeyd olunur ki, onlar sayca M-113-lərdən az olsalar da, İranın mexanikləşdirilmiş briqadaları daha çox məhz BMP-2-lərə güvənirlər. İranın mobil hücum briqadalarında "Toyota" mülki pikaplarından istifadə olunur və bunlardan çoxuna hətta kamuflyaj boyaları çəkilməyib.

    “Xeybər fatehləri” manevrlərində çox sayda artilleriya vahidi iştirak edir. Bunların bir hissəsi təlim yerinə "Kraz" yük maşınları ilə daşınıb. Artilleriya qurğuları əsasən 11-ci Marağa Artilleria Qrupuna məxsusdur. Burada istifadə olunan Amerika istehsalı M-109 və M-110 toplarının adları çəkilir. Müəllif qeyd edir ki, zirehli texnikadan fərqli olaraq İranın bu manevrlərdə istifadə etdiyi artilleriya Azərbaycan ordusu üzərində nisbi üstünlüyə malikdir.

    İnternetdə dərc olunmuş bir neçə peyk fotosundan İran Silahlı Qüvvələrinin Rusiyanın "Şilka" antitəyyarə sistemlərindən istifadə etdiyini göstərir. Hər biri dörd raketdən ibarət bu sistemin həm də radarları var. İran bu sistemləri 1977-1978-ci illərdə Sovet İttifaqına sifariş edib. Lakin "Şilka" sistemlərinin yalnız 200-ə qədəri İrana çatdırılıb. Sifariş 1979-cu ildə İranda İslam inqilabı baş verəndən sonra ləğv olunub.



    "Şilka" sistemlərindən əsasən ordunun zirehli və piyada birliklərinin hava hücumundan müdafiəsi üçün istifadə olunur. "Şilka"nın radar sistemi hücum və intihar dronlarını tuta bilmir. Müəllif hesab edir ki, bu, İranın zirehli texnikasını və piyada qüvvələrini Türkiyə və Azərbaycan ordularının dron donanması qarşısında aciz qoya bilər.

    Bundan başqa internetdə dərc olunmuş fotolardan təlimlərdə dronlarla rabitəni pozan sistemlərdən istifadə olunduğu görünür. Həmçinin sentyabrın 27-də təlimlərə üç BH-1GG Cobra və Bell 214A Isfahan da daxil 12 helikopter qoşulub. Bu helikopterlər Kirmanşahdakı 1-ci hərbi-hava qüvvələri bazasından Naxçıvanla sərhədin 28 kilometrliyinə gətirilib.

    Məqalədə qeyd olunur ki, uzun illər ordu komandanları tərəfindən səhlənkarlığa görə hərbi helikopterlər modernləşdirilməyib. İran helikopter qüvvələrinin əsas çatışmazlıqlarından biri də kifayət qədər fərdi müdafiə vasitələrinin, məsələn, infraqırmızı raket azdırıcılarının, transmitterlərin və radar həyəcanının olmamasıdır. Bu avadanlıqlar olmadan helikopterlər düşmən tərəfindən asanlıqla vurula bilir.



    Məqalədə deyilir ki, müasir döyüşdə havada üstünlüyə malik olan tərəf qalib gəlir. Hava döyüşündə üstünlüyü isə müasir qırıcılar və dronlar təmin edir. Qeyd olunur ki, qırıcılar və dronlar düşmənin radar və müdafiə sistemlərinin məhv edilməsində əsas rol oynayır.

    Müəllif yazır ki, İran hərbi hava qüvvələri əməliyyat, hərbi və döyüş təyyarələrinin kəmiyyətinə görə Azərbaycandan üstün olsa da, Azərbaycanın malik olduğu İsrail istehsalı "Harop" və "Harpy" intihar dronları və başqa PUA-lar onu hər hansı hava döyüşündə daha güclü edir.



    Məqalədə deyilir ki, “Xeybər fatehləri” təliminin ssenariləri belə döyüş strategiyasına müasir döyüş meydanında yer olmadığını göstərir. O da qeyd olunur ki, hücum və intihar dronlarından istifadə olunan müasir döyüşlərdə 1960-cı illərin taktikası ilə qalib gəlmək mürəkkəb məsələdir.

    Müəllif qeyd edir ki, Azərbaycan və İran arasında münaqişə başlandığı təqdirdə əsas strateji rolu zirehli texnika və piyada qüvvələri yox, İnqilab Keşikçiləri Korpusunun qısamənzilli raketləri oynaya bilər: "Belə görünür ki, İranın Azərbaycanla sərhəddə keçirdiyi manevrlər Bakı və Tehran arasında son günlərdə baş verən bir sıra təbəddülatlarla bağlıdır".

    Oxunub: 283
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.