ABŞ Britaniyada 27 beşinci nəsil qırıcı təyyarə yerləşdirəcək
Birləşmiş Ştatlar qarşıdakı aylarda Böyük Britaniyadakı Leykenhit aviabazasında 27 ədəd beşinci nəsil “F-35A” qırıcılarından ibarət eskadron yerləşdirməyə başlayacaq.
Report xəbər verir ki, bunu təyyarələrin yerləşdiriləcəyi 495-ci eskadriliyanın komandiri podpolkovnik Ayan Maklaflin deyib.
Bu təyyarələrin ABŞ xaricində ilk daimi bazası olacaq. Leykenhit aviabazası Londondan 113 kilometr şimal -şərqində yerləşir. Hazırda orada “F-15” qırıcıları var.
Oxunub: 212
Xəbəri paylaş
Paylaş: