Gürcüstanda hakim partiya seçkilərdə qələbə qazanır -
RƏSMİ /Yenilənib
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) seçki məntəqələrində yerli seçkilərdə səsvermənin nəticələrinin 99,92 %-nin hesablamasının nəticəsinə əsasən hakim Gürcü arzusu partiyası liderdir. Bu barədə Gürcüstan mediası xəbər verir.
Komissiyanın məlumatına görə, “Gürcü arzusu" proporsional siyahı üzrə 46,65 % seçici dəstəyi alıb, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin qeyri-rəsmi lideri olduğu müxalif Vahid Milli Hərəkat Partiyası 30,7 % səs toplayıb.
Qeyd edək ki, dünən Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilib. MSK-nın məlumatına görə, seçkilərdə 1 815 776 nəfər iştirak edib, bu, seçicilərin 51,92 %-ni təşkil edir.
***
Hakim "Gürcü Arzusu" partiyası yerli seçkilərdə nəticələrin 85%-ni hesablanandan sonra 47,9% səs toplayaraq qalib gəlir. Bu barədə partiyanın lideri İraqli Kobaxidze keçirdiyi brifinqdə bildirib.
Kobaxidze, partiyasının "böyük bir qələbə" qazandığını söyləyib.
Onun sözlərinə görə, müxalif "Vahid Milli Hərəkat" partiyası 30,7% səs toplayıb.
"20 bələdiyyədə seçkilərin ikinci turu keçiriləcək. Təəssüf ki, bunlardan biri Tbilisidir, lakin biz əminik ki, namizədimiz Kaxa Kaladze ikinci turda mütləq qalib gələcək", - deyə o bildirib.
Gürcüstan MSK seçkilərin yekun məlumatlarını yaxın saat ərzində dərc edəcək./virtualaz.org