Çin yeni, naməlum virus haqda xəbərdarlıq edir: "İstənilən vaxt, istənilən yerdə peyda ola bilər..."

Dünya gələcəkdə yeni təhlükəli virusla qarşılaşacaq.
Çinin xəstəliklərə nəzarət və profilaktika Mərkəzinin rəhbəri Gau Fu bu barədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, yeni “X” virusu istənilən vaxt, istənilən yerdə meydana çıxa bilər və xarakteristikası hələ heç kimə məlum deyil.
“İnsanlığın gələcəyi naminə problemin həlli üzərində birgə işləmək lazımdır. Bununla əlaqədar olaraq mən əməkdaşlıq, rəqabət, ünsiyyət və koordinasiya təklif edirəm”,-Gao Fu beynəlxalq elm və texnologiyalar forumunda çıxışı zamanı deyib.

Forumda ABŞ-ın allergik və infeksion xəstəliklər Milli İnstitutunun direktoru Entoni Fauçi bildirib ki, növbəti pandemiya qaçılmazdır və ona hazırlaşmaq lazımdır. “Biz pandemiyaya gətirib çıxaracaq prioritet patogenləri müəyyənləşdirməliyik”, - Fauçi bildirib.
Onun sözlərinə görə, belə patogentlərin siyahısı Ümumdünya Səhiyyə Təşkilatında var, amma bununla kifayətlənmək olmaz. Çünki infeksiyanın kütləvi şəkildə yayılması adətən naməlum, əvvəlcədən müəyyən edilməyən törədici tərəfindən başladılır./virtualaz.org
Oxunub: 275
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							