Ölkənin bölgələri üzrə koronavirusa yoluxma statistikası açıqlandı
Koronavirusa yoluxmalarla bağlı ölkə üzrə ən yüksək yoluxma faizi Bakıda, ən aşağı yoluxma isə Naxçıvan Muxtar Respublikasında qeyd alınıb.
Belə ki, yoluxmaların 54,2 faizi paytaxtın, 13,4 faizi Abşeronun, 12,1 faizi Aran bölgəsinin, 7 faizi Gəncə-Qazaxın, 3,6 faizi Şəki-Zaqatalanın, 3 faizi Quba-Xaçmazın, 2,5 faizi Lənkəranın, 2,3 faizi Dağlıq Şirvanın, 1,5 faizi Yuxarı Qarabağın payına düşür. Naxçıvanda yoluxma faizi isə 0,007 olub.
Qeyd edək ki, ölkə üzrə 485 min 987 nəfər koronavirusa yoluxub, 6573 nəfər həyatını itirib. Hazırda aktiv xəstə sayı 14 min 803 nəfərdir./koronavirusinfo.az
Oxunub: 293
Xəbəri paylaş
Paylaş: