İŞİD-çi ailəsindən olan 112 uşaq Azərbaycana göndərildi
Bu barədə İraq Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Əhməd Əl-Sahaf bildirib.
“İŞİD terror təşkilatına qoşulduğu üçün İraq məhkəmə orqanları tərəfindən həbs cəzasına məhkum edilmiş anaları ilə birlikdə qalan 112 uşaq Azərbaycan Respublikasına deportasiya edilib. Deportasiya prosesində İraq Ali Məhkəmə Şurasının nümayəndəsi, Azərbaycan səfirliyinin nümayəndələri və İraq XİN-in Protokol şöbəsinin nümayəndələri iştirak edib”, - deyə Əhməd Əl-Sahaf vurğulayıb.
İraq XİN rəsmisinin sözlərinə görə, bununla da İraqdan deportasiya edilmiş müxtəlif millətlərdən olan uşaqların sayı 940-a çatıb ki, bu uşaqların 248-i azərbaycanlıdır.
Oxunub: 407
Xəbəri paylaş
Paylaş: