Tehranı “Böyük Turan” ideyası narahat edir -
"Bu, İranın psixoloji hücumudur..."
Bu barədə Rusiya KİV-nə açıqlamasında Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərqin Öyrənilməsi Mərkəzinin baş elmi əməkdaşı Vladimir Sajin söyləyib.
Ekspert İranın Azərbaycana hərbi müdaxilədən qorxduğunu da əlavə edib.
“İranla Azərbaycanın qarşıdurmasının “isti faza”ya keçməsini gözləmirəm. Bu, İranın psixoloji hücumudur. Böyük müharibəyə gətirib çıxaran deyil. Tehran anlayır ki, Azərbaycanla təkbətək döyüşən deyil, Türkiyə də qoşulacaq. Tehran isə Ankara ilə döyüşmək istəmir. Ona görə belə gərginlik var”- deyə Sajin açıqlama verib.
Ekspert Azərbaycan sərhədi yaxınlığında baş tutan təlimlərin miqyas və məkan baxımından misli görünməmiş olduğunu əlavə edib.
“Dünən başlayan Türkiyə-Azərbaycan təlimləri də tezliklə başa çatacaq. Türkiyə ilə Azərbaycan hər şeyə hazır olduqlarını göstərdi. İran da göstərdi. Hər şey burda bitəcək”.
Ekspert İranla Azərbaycanın münasibətlərinin gərgin qalacağını düşünür. Rəsmi Tehran 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi konstruksiyada təsirinin azalmasından narahatdır. Həm də Zəngəzur dəhlizi Tehranı narahat edir.