Çindən Üçüncü Dünya müharibəsi ilə bağlı XƏBƏRDARLIQ
Oktyabrın 5-də Çin ada ölkəsinin hava sahəsinə onlarla hərbi təyyarə göndərib.
Vaşinqtonla Tayvan arasındakı tərəfdaşlıq vəziyyətin praktiki olaraq “qarşıdurmanın astanasında manevr üçün bütün imkanların” itirilməsinə səbəb olub.
Çin xalqı ABŞ-la genişmiqyaslı müharibəyə dəstək verməyə hazırdır. Tayvana “odla oynamamaq” xəbərdarlığı edilir.
Böyük Britaniyanın “HMS Queen Elizabeth” gəmisi Filippin dənizində artıq iki ABŞ təyyarədaşıyan gəmisi ilə birgə təlimlər keçib. Manevrlərdə Yaponiyanın helikopter esminesi “JS Ise” də iştirak edib.
Keçirilmiş təlimlər Pekini qəzəbləndirib./Mk.ru