Böyük Britaniya “Taliban”la danışıqlar aparır
Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, ölkənin “terror inkubatoru” olmasının qarşısını almaq üçün Əfqanıstanda “Taliban”la danışıqlar aparıb.
Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir ki, Baş nazirin Əfqanıstanın Keçid Məsələləri üzrə yüksək nümayəndəsi Simon Qass və Böyük Britaniyanın Dohadakı Əfqanıstan üzrə Missiyasının müvəqqəti işlər vəkili Martin Longden, “Taliban”la danışıqlar aparmaq üçün dünən Əfqanıstana səfər edib. Onlar molla Əmir Xan Muttəki, molla Əbdül Qəni Bəradər Axund və molla Əbdül Salam Hənəfi də daxil olmaqla, “Taliban” rəhbərləri ilə görüşüb.
S.Qass və M.Longden, Böyük Britaniyanın humanitar böhranı aradan qaldırmaq üçün Əfqanıstana necə kömək edə biləcəyini, ölkənin “terror inkubatoru” olmasının qarşısını almağın vacibliyini və ölkəni tərk etmək istəyənlərin daha təhlükəsiz keçid ehtiyacını müzakirə edib.
Görüşdə eyni zamanda azlıqlara qarşı rəftar, qadın və qızların hüquqları mövzusu da müzakirə edilib: “Böyük Britaniya hökuməti, ölkədən getmək istəyənlərin təhlükəsiz keçidini təmin etmək üçün əlindən gələni edəcək və Əfqan xalqına dəstək verməkdə qərarlıdır”.
Oxunub: 252
Xəbəri paylaş
Paylaş: