“Sülhməramlıların qalması üçün hər şeyi edəcəyik”- TŞ katibi Armen Qriqoryan
İrəvan Qarabağda rus sülhməramlılarının iştirakının Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli bəyanatında göstərilən müddətlə məhdudlaşmayacağını bildirib.
Globall.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib:
"Azərbaycanın Rusiya sülhməramlılarının iştirakından imtina etməsi mövzusu gündəmimizdədir. Belə bir ssennaridə addımlarımızı necə müqayisə edəcəyimizi başa düşmək üçün bu mövzunu rus ortaqlarımızla müzakirə edirik".

O qeyd edib ki, Ermənistan tərəfi Rusiyanın Qarabağda daha çox qalacağına inanır. Qriqoryan həmçinin qeyd edib ki, sülməramlıların Qarabağda 9 Noyabr müqaviləsində nəzərdə tutulduğu kimi 5 il müddətinə deyil, daha uzunmüddətli qalmaları üçün əllərindən gələn hər şeyi edəcəklər:
"Azərbaycan müddətin uzadılmasına razılıq verməsə, qüvvələrimizi birləşdirməyə və problemin həllini tapmağa çalışacağıq. Amma Qarabağda baş verənlər, yəni infrastrukturun yaradılması bizə onu deyir ki, Rusiyanın orada daha çox qalmaq planları var".

Oxunub: 313
Xəbəri paylaş
Paylaş: