Rusiya gəmiləri Xəzər dənizində təlimlər keçirib -
VİDEO
Rusiyanın Xəzər dəniz donanması qoşunların döyüş hazırlığının yoxlanılması məqsədilə Xəzər hövzəsində dəniz zərbə qrupu tərəfindən şərti düşmənin məhv edilməsi üzrə təlimlər keçiriblər.
Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.
Qrupa dairənin Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının təyyarələri dəstək verib.
Təlimlərdə 20-dən çox gəmi, o cümlədən “Həştərxan” raket gəmisi, “Qrad Sviyajsk”, “Uqliç” və “Veliki Ustyuq” kiçik raket və artilleriya gəmiləri, təchizat katerləri, Su-30 SM və Su-34 təyyarələri iştirak edib./report
Oxunub: 184
Xəbəri paylaş
Paylaş: