Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Pakistanın Baş nazirindən ölkəmizə açıq dəstək: “Bütün silahlarımız qardaş Azərbaycanın sərəncamındadır”
  • Xameneinin nümayəndəsi Azərbaycan və Türkiyəni hədələdi: "Zəngəzurda dəhliz açacaqları halda..."
  • "Sualı verən “Mehr”in müxbiridir, agentlik də Xamneyiyə bağlıdır"- “Qarabağa casuslar yerləşdirmək istəyirlər”- Əhməd Obalı
  • Lev Spivak: “İran siyasətini davam etdirərsə, İsrail müharibəyə başlayacaq”
  • İsrail İran planını açıqladı - "...Mübarizəni düşmən bölgəsində davam etdirəcəyik"
  • İranın İsrail QISQANCLIĞI - Tehran Təl-Əvivin köməyini niyə unudur...

    • Tarix: 8-10-2021, 15:15



    Azərbaycan Respublikasının hərbi-siyasi uğurları, əzəli torpaqlarının əksər  hissəsini  mənfur düşmən işğalından geri alması, tarixi ərazimiz Zəngəzurdan dəhliz açıb Naxçıvanla Zəngilan arasında yol çəkmək istəyi nədənsə qonşu İranı bərk qayğılandırıb. 

    Son 30 ildə ermənilərin işğal etdikləri  Azərbaycan torpaqlarında bütün islami dəyərləri məhv etməsini, müsəlmanların məzarlarını şumlamasını, məscidləri donuzxanaya çevirməsini “görməyən”, ermənilərə hər cür lojistik dəstək verən İran birdən-birə Azərbaycanı öz müttəfiqi İsraillə əməkdaşlıqda, sionizmə xidmətdə ittihama başlayıb.  
    Adətən təmkinli davranan ali məqam sahibi də bizi nəzərdə tutaraq üstüötrtülü eyham da vurub: “Güvənlik üçün  özgəyə söykənənlər tezliklə qapaz yeyərlər -تکیه‌ کنندگان به بیگانه برای تأمین امنیت به ‌زودی سیلی می‌خورند  - ( Bax: https://kayhan.ir/fa/news/227137 )”.

    Qardaş Türkiyənin, strateji tərəfdaş Pakistanın, dost İsrailin Azərbaycana dəstəyini qısqanclıqla qarşılayan İran unudur ki, müəyyən vaxtlarda o özü də açıq və gizli şəkidə başqalarından  yardım almış və almaqdadır.
    Məsələn, İraqla 8 illik  muharibə zamanı Çin Xalq Respublikası, Pakistan, Koreya  Xalq Demokratik Respublikası (Şimali Koreya), Suriya Ərəb Cümhuriyyəti, Liviya və  s. dövlətlər ona böyük yardım göstərmişdi. 
    İndiyədək Azərbaycanın dövlət sərhədləri yaxınlığında hərbi təlim keçirməyən qonşumuz çoxsaylı əsgəri birliyin qatılımıyla “Fatehan-e Xeybər - Xeybər fatehləri” kod adlı hərbi manevrlərə, başqa sözlə, bizə əzələ göstərisinə başlayıb. 
    Bu yazıda  1980-1988- ci illərdə baş vemiş İran- İraq müharibəsində İran İslam Respublikasına edilən hərbi yardımdan qısaca söz açmaq istəyirik.
             
    1980-1988-ci illərdə davam etmiş, çoxsaylı insan həyatına, böyük ölçüdə maddi- mənəvi itkilərə yol açmış   müharibəyə iranlılar “istənilməyən savaş”, yaxud “kutsal döyüş”  (“جنگ تهمیلی  - cəng-e təhmili” və ya “دفاع مقدس – defa-ye muqəddəs” ) deyirlər. O vaxtlar  İranda şahlıq rejimi yenicə yıxılmışdı, yeni quruluş hələ tam  bərqərar olmamışdı.
    Tehranda bir qrup  iranlı tələbənin 04.11. 1979-cu ildə ABŞ böyük elçiliyinin 52 diplomatını 444 gün girov saxlaması İrana qarşı beynəlxalq sanksiyaların tətbiqi ilə nəticələnmişdi. 
    Bunu fürsət bilən İraq  ordusu 22.09.1980-ci ildə beynəlxalq aləmdən, az qala, təcrid olunmuş İrana hücum etmişdi. Savaşın başlanğıcında  (1980-1982-ci illərdə ) İraq ordusu hətta bəzi uğurlar qazanmış, İranın bir sıra yerini ələ keçirmişdi.  Təkbaşına uğurlu hərbi əməliyyatlar aparmağın mümkünsüzlüyü o zaman İran rəsmilərini bəzi dövlətlərlə sövdələşməyə sövq etmişdi.

    Mənbələrin məlumatına görə, İraqla muharibə zamanı İsrail də İrana gizli şəkildə yardım göstərmişdir. İran rəsmiləri isə birmənalı şəkildə adı çəkilən ölkə arasında hər hansı bir əməkdaşlığın olmadığını bildirmişdir. 16 iyul 1979-cu ildə İraqın dövlət başçısı olmuş Səddam Hüseyn (1937- 2006) İranın neftlə zəngin olan sərhədyanı Xuzistan əyalətini (lurların, ərəblərin, əfşarların, qaşqay türklərinin və farsların yaşadığı, 64 min kv. km ərazisi olan o yer etnik baxımdan çox qarışıqdır) ələ keçirmək istəyirdi və bu məqsədlə sürətlə silahlanırdı. İranın o zamankı baş naziri Mehdi Bazarqan (1907- 1995 ) hərbi yardım üçün ABŞ Prezidenti Cimmi Karterə (1924 ) müraciət etsə də, Karter bu istəyi yerinə yetirməmişdi. İddialara görə, Karter Administrasiyasından umduqları hərbi yardımı ala bilməyən İran rəsmiləri dolayı yollarla israillilərlə hərbi dəstək üçün gizli sövdələşməyə nail olmuşdular (Bax: M. Jonathan. The Iran-Contra connection : secret teams and covert operations in the Reagan era. Boston, 1987).

    Adının çəkilməsini istəməyən  yüksək vəzifəli bir israilli yetkili 22.11.1986-cı ildə “Nyu York Tayms” qəzetinin müxbirinə etiraf etmişdi ki, əslində, İsrailin İrana hərbi dəstəyi ABŞ rəsmilərinin razılığı əsasında gerçəkləşmişdi (Bax: https://www.nytimes.com/1986/11/22/world/isreael-aide-traces-us-iran-dealings.html ).

    Mənbələrin məlumatına görə, 1981- 1989-cu illərdə ABŞ Prezidenti olmuş Ronald Reyqan (1911- 2004)  İrana  silah satılmasına qarşı çıxsa da, dövlət departamentinin müşaviri Robert Makfarleyn bu işdə ABŞ dövlət katibi A.Heyq ilə İsrailin baş naziri M.Begin (1913- 1992 ) arasında koordinatorluq etmişdi.



    Əldə olunmuş gizli razılıq əsasında İsrail İrana əvvəlcə sadə, köhnə modelli hərbi avadanlıqlar satmağa başlamış, daha sonra isə sövdələşmənin şərtindən çıxaraq, həm də müasir hərbi silahlar vermişdi. Bu işi gerçəkləşdirə bilmək üçün İsrail hərbi kəşfiyyatı Nyu Yorkda məxfi əməliyyat gerçəkləşdirmiş, Uoll Strit (Wall Street) bölgəsindəki Con Strit (John Street) küçəsində 50 nəfərdən ibarət saxta şirkət yaratmışdı. Uydurma şirkətin ofisi amerikan silahlarının İrana satışını həyata keçirmişdi (Bax: Ari Ben Menashe. Profits of War: Inside the Secret U.S.-Israeli Arms Network, 2015 ).

    1982-ci ilin mart ayında “Nyu York Tayms” qəzetinə İsrailin gizli olaraq İrana silah satması haqqında məlumat sızdırılmış və ifşa olunmamaq üçün yuxarıda qeyd olunan o uydurma şirkət təcili şəkildə Nyu Yorkdan Londona köçürülmüşdü. Yəhudi kökənli amerikalı araşdırmaçı-publisist Seymur Herş (1937- Seymour Hersh) 1991-ci ildə “Nyu York Tayms” qəzetində yazmışdı ki, Londona köçürülən şirkət 1983-cü ildən etibarən İrana bir neçə milyard dollarlıq amerikan istehsalı hərbi silah-sursat satmışdı. (Bax:https://web.archive.org/web/20180728191307/https://www.nytimes.com/1991/12/08/world/iran-pipeline-hidden-chapter-special-report-us-said-have-allowed-israel-sell.html )

    Mətbuata sızan məlumata inansaq, Reyqan Administrasiyası bütün müttəfiqlərini İrana silah satmamağa  səsləyəndə və İrana silah ötürülməsinin qarşısını almaq üçün çılğın “Dəyanət əməliyyatı” (Operation Staunch) aparanda da İsrail tərəfindən İrana silah satışı davam etdirilmişdir.

    Təl-Əviv Universiteti nəzdindəki Yaffe Strateji Araştırmalar İnstitutunun bildirisinə əsasən, İran 1981-1983-cü illərdə İsraildən 500 milyon dollar dəyərində silah almışdır və ödənişin əsas hissəsini neftlə ödəmişdir (Bax: Trita Parsi. Treacherous alliance. The Secret Dealings of Israel, Iran and U.S., Yale University Press, 2007, p. 106-107).

    Vaşinqtondakı Corctaun Universitetinin  professoru, “Intelligence and National Security” (“Kəşfiyyat və Milli Təhlükəsizlik”) jurnalının baş redaktoru, prof. Mark Fitian (M.Phythian) bildirir ki, İraq ordusunun sürətli hücumunu ləngitmək  və onun asan qələbəsinin qarşını almaq məqsədilə ABŞ-ın razılığı ilə İsrail Bağdada hava hücumu etmək üçün  İrana şərait yaratmışdı (Bax: Mark  Phythian.  Arming Iraq: How the U.S. and Britain Secretly Built Saddam's War Machine. Northeastern University Press, 1997, p. 20).

    Təl-Əvivdə  nəşr olunan gündəlik “Yediot axaronot - Son xəbərlər” qəzetinin hərbi şərhçisi, publisist Ronen Berqman etiraf edir ki,  başlanğıcda, yəni 1981-ci ildə, İsrail “Balıqqulağı” (“Operation Seashell”) kod adlı əməliyyat çərçivəsində  Cənubi Kiprin Larnaka hava limanı  vasitəsilə İrana 75 milyon dollar hərbi ləvazimat satıb. Hərbi yükləri əvvəlcə Argentinadan kiralanmış  “Transporte Aereo Rioplatense” hava şirkəti daşıyırmış, lakin təyyarə Ermənistanda qəzaya uğradıqdan sonra bu işi gəmiylə davam etdirmişlər (Bax: R. Bergman. The secret war with Iran.  New York, Free Press, 2008, pp. 40-48 ).

    1955- 1979-cu illərdə İsrailin Tehranda hərbi attaşesi olmuş, İrandakı iş adamlarının  hamısını yaxından tanıyan Yaakov Nimrodinin (1926) vasitəçiliyi ilə İsrail 1982-ci ildə İrana 136 milyon dollar həcmində silah satmışdır.

    Mossadın sabiq əməkdaşı Y.Nimrodi bu barədə 2004-cü ildə kitab da yazıb.  İsrailin Müdafiə naziri Ariel Şaron 1982-ci ilin mayında ABŞ-da keçirdiyi  mətbuat konfransında Amerikanın razılığı ilə İrana silah satdıqlarını açıqlamışdı. O, 28 sentyabr 1983-cü ildə Parisdə də İranı silahla təchiz etdiklərini bir daha bəyan etmişdi.
    Yeri gəlmişkən, İsrailin İrana silah satışına vasitəçilik edənlərdən biri  türk əsilli biznesmen Adnan Kaşıkçı (1935-2017), digəri də iranlı yəhudi milyarder Mənuçohr Qurbanifər (1945 ) olmuşdur. 1984-cü ilin baharında o zamankı Qərbi Almaniyanın kansleri Helmut Kox ABŞ prezidentinə İsrailin İrana 500 milyon dollarlıq silah satdığından şikayətlənmişdi.

    1985-ci ildə Danimarka bayrağı altında üzən yük gəmiləri İsrailin Qırmızı dənizdəki Eilat limanından İranın Fars körfəzindəki Bəndər Abbas limanına 600-dən çox səfər etmiş və hərbi təyinatlı yüklər daşımışdır (Bax: The New York Times, 12.08.1991). 1986-cı ilin noyabr ayında Beyrutda (Livan) çıxan “الشراع -Əşşir'ə-Yelkən" jurnalında ABŞ və İsrailin İrana silah satdığını bildirən bir yazı  beynəlxalq qalmaqala səbəb olmuşdu. O zamankı prezident R.Reyqan 06.11.1986-cı ildə televiziya ilə çıxış edib xəbərin əsassız olduğunu söyləsə də,  bir həftə sonra, 13.11.1986-cı ildə o, xəbəri doğrulamışdı. Bu olay İran-Kontra qalmaqalı  (Iran–Contra affair) və ya İranqeyt (Irangate) adı ilə məşhurdur.

    1986-cı ilin noyabr ayının 3-də Ceyn Hanterin ( Jane Hunter ) ABŞ-da nəşr olunan “Washington Report” jurnalındakı “İsrail silahının İrana satışı” başlıqlı məqaləsi geniş ictimai rəy doğurmuşdu. Yazıda iddia olunurdu ki, İrana 2,6 milyard dollar həcmində silah satmağa cəhd etdiyinə görə 5 nəfər şəxs  Bermud adalarında həbs olunmuşdur ( Bax: https://www.wrmea.org/1986-november/israeli-arms-sales-to-iran.html).

    Mənbələrdən məlum olur ki, iranlı bəzi vaizlər məscidlərdə cümə  xütbələrində, moizələrində İsraili kəskin tənqid atəşinə tutanda israilli texniklər, mütəxəssislər, hərbi müşavirlər iranlılara cani-dildən kömək edir, onlara yeni texnika ilə necə davranmağı öyrədir, əllərindən gələn köməyi əsirgəmirlərmiş. 1984-cü ildə idarə etdiyi F4 (Fhantom 4) reaktiv təyyarəsi ilə Səudiyyə Ərəbistanına qaçmış iranlı pilotun hava gəmisinə ekspert baxışı keçiriləndə məlmum olmuşdu ki, təyyarənin  çox hissəsi öncə İsrailə eksport olunmuş, daha sonra da İrana satılmış detallardan ibarətdir  ( Bax:  Jonathan Marshall. The Iran-Contra connection, Boston, 1987, p. 174).

    İsrail həm də İran neftinin  satılmasında yardımçı olmuşdur. Beynəlxalq şirkətlər İranı tərk edib gedəndə, bir çox dövlət İran neftini almaqdan imtina edəndə yəhudi əsilli milyarder Mark Riç (Marc Rich 1934 - 2013) ABŞ-ın İran neftinə tətbiq etdiyi embarqonu heçə sayaraq, İran neftinin ticarətinə başlamış, İranın müəyyən dərəcədə böhrandan çıxmasına böyük yardım göstərmişdir. Buna görə Federal Təhqiqat Bürosu (FBI) uzun müddət onu təqib etmiş və yalnız Mossadın sabiq rəhbəri Avner Azuların şəxsən özünün ABŞ prezidenti Bıl Klintona yazılı müraciətindən sonra Mark Riç əvf olunmuşdur.

    Politoloq Trita Parsi yazır ki, İsrailin yardımlarına  baxmayaraq, İran rəsmiləri nə İraqla muharibə zamanı, nə də ondan sonrakı dövrdə İsrailin yardımını etiraf etdilər. Əksinə, onlar İsraili islam düşməni olaraq qələmə verib özlərini dünya müsəlmanlarının hamisi, islamın dayağı olaraq təqdim etməyə çalışırlar ( Bax: Trita Parsi.  Treacherous Alliance, Yale University Press, 2007, p. 82).

    Zənnimizcə, burada qeyd olunanlar  İranın İsraillə münasibətlərinin əslində yetərli dərəcədə qənaətbəxş olduğunu isbatlayır. Yəni, üzdə söylənilənlərlə əməllər bambaşqadır.
    Bizə elə gəlir ki, Azrbaycan dövlətini İsraillə əməkdaşlıqda ittiham edən İranın Azərbaycan Respublikasına soyuq münasibəti İsrailə  qısqanclığından qaynaqlanır, yəni, onu bizimlə paylaşa bilmir.  İsrail dövlətinin İrana etdiyi yardımlar barədə, əlbəttə ki, çox bəhs etmək olar. Bu yerdə yadıma Azərbaycanın məşhur şairi, əslən Şuşadan olan Qasım bəy Zakirin (1784-1857) tanış misraları düşür. Həmin misralarda insanlara şəriətdən moizələr oxuyub haram yeməməkdən dəm vuran bir vaizdən bəhs olunur:


    Vaiz oxur bizə şəri- Mustafa:
    “Harama mürtəkib olmayın əsla”.
    Özü lum-lum udur batində, amma
    Zahirdə dediyi mənaya bir bax…

    Azərbaycan Respublikasının İsraillə strateji əməkdaşlığını və dostluğunu  İran İslam Cümhuriyyətinin təhlükəsizliyinə təhdid kimi baxmaq böyük yanlışlıqdır. Bizim dövlət yetkililəri dəfələrlə “Azərbaycan Respublikası heç vaxt öz ərazisindən qonşu dövlətlərə qarşı fəaliyyət göstərilməsinə imkan verməyəcəkdir” fikrini səsləndiriblər.

    Azərbaycan Respublikası da İran İslam Cümhuriyyəti kimi suveren, müstəqil dövlətdir və yürütdüyü həm daxili, həm də xarici siyasətində ərazi ölçüsündən,  əhali sayından asılı olmayaraq, heç bir dövlət ona nəyi necə etməyi, kimlə dost olub, kimlə əlaqə qurmağı diktə edə bilməz. Başda qonşu dövlətlər olmaqla, bütün dövlətlərlə münasibətdə dinc yanaşı yaşamaq siyasəti aparan, heç kimin daxili işinə  müdaxilə etməyən, hamının suverenliyinə hörmətlə yanaşan Azərbaycan Respublikası özünə qarşı münasibətdə də eyni prinsipə riayət edilməsini istəyir.

    İranlılar təhlükəli və riskli bir işlə məşğul olmağa “ با دم شیر بازی كردن – Ba dom-e şir bazi kərdən - aslanın quyruğu ilə oynamaq” deyirlər. “Bir əyalət mollası” da bizim Zəngəzur dəhlizi açmaq istəyimizi  belə dəyərləndirib. O imamcümə unudur ki,  bizlərdə də heç kimdən və heç nədən qorxub çəkinməyənlərə “QURD ürəyi yeyib” söylənilir. Dünyanın super dövlətləri ilə paritet münasibətlər quran,  ən modern silahlarla təchiz edilmiş, QURD ürəkli igidləri olan Azərbaycan Respublikasının Müzəffər Ordusu onun istəklərinə qarşı gələn istənilən qüvvəni diz çökdürər və qardaş Türkiyə ilə birlikdə Türkistana gedəcək  Zəngəzur dəhlizini ən qısa zamanda açar.


     
    Ramazan SİRACOĞLU

    Oxunub: 247
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.