Nazirliyin məmurunu öldürən şəxs polkovnik-leytenantın oğlu imiş

Məlumata görə, M.Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə sabiq rəis müavini, polis polkovnik-leytenantı Mirtağı Bağırovun oğludur.
Qeyd edək ki, hadisə oktyabrın 8-si saat 13 radələrində Goranboy rayonu ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında baş verib.
1992-ci il təvəllüdlü Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxunub: 291
Xəbəri paylaş
Paylaş: