Saakaşvilinin saxlanıldığı həbsxana qarşısında mitinq -
saxlanılanlar var
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları Rustavi şəhərində yerləşən 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında etiraz aksiyası keçirib.
"sova.news" xəbər verir ki, Saakaşvilinin tərəfdarları ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma yaranıb.
Qarşıdurma fəalların həbsxana binasının divarlarına "Mişaya azadlıq!" sözlərini yazmağa cəhd edərkən yaranıb.
Aksiyada Gürcüstanın Vahid Milli Hərəkatın üzvü Zviad Kuprav da daxil olmaqla bir neçə nəfər saxlanılıb.
Oxunub: 301
Xəbəri paylaş
Paylaş: