Ərəb KİV-ləri Ocaqnejadın Bakıdan qovulduğunu əks etdirən karikatura dərc etdi

Ərəb KİV-lərində Əli Əkbər Ocaq Nejatın İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin Bakıdakı nümayəndəsinin ofisinin bağlanmasını əks etdirən karikaturasını yayımlayıb.
Xatırladaq ki, oktyabrın 5-də Əli Xamneyinin Azərbaycandakı nümayəndəsinin Bakı ofisi bağlanmışdı. Hüseyniyyə məscidinin binasında yerləşən ofis hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildikdən sonra bağlanılıb.
Daxili İşlər Nazirliyi o zaman bildirib ki, “son günlərdə Bakının bir neçə yerində COVID-19-a yoluxanların sayı kəskin artıb və bu yerlərdən biri də Hüseyniyyə məscididir. Bu səbəbdən məscid də daxil olmaqla bu cür yerlərin fəaliyyəti dayandırılıb"./virtualaz.org

Oxunub: 728
Xəbəri paylaş
Paylaş:




















