Makrona “türk şilləsi”: “Vədini yerinə yetirmədin, indi isə Türkiyə ilə...”
Fransa Prezidenti Emmanuel Makronun adını çəkmədən Mayqa 8 il əvvəl fransız ordusunun terrorla mübarizə və ərazi bütövlüyünün təmin edilməsi vədilə Maliyə gəldiyini deyib.
Malinin Türkiyə kimi dost ölkələrə ehtiyacının olduğunu vurğulayan Mayqa Makronun Afrikada Türkiyəni hədəf alan sözlərinə də açıq cavab verib.
“Bu gün Mali hökuməti bunu deyir: terrorla mübarizədə bizə kömək edəcək ortaqlar axtarırıq. Heç bir ölkəni istisna etmirik. Bizimlə görüşməyə hazır olan, terrorla mübarizə və ərazi bütövlüyünün qorunmasına kömək edə biləcək hər kəs xoş gəlib. Bunun üçün Türkiyə kimi dost ölkəyə ehtiyacımız var”.
Makron bir neçə gün əvvəl Mali ilə bağlı çıxışında aşağıcılayıcı və təhdidedici ifadələr yer verib:
“Ardıcıl iki çevriliş edən və hətta hökuməti olmayan bir ölkədən gələn bu biabırçı bəyanatlar qəbuledilməzdir. Biz Mali hökumətinin tələbi ilə Malidəyik. Fransa olmasaydı, Mali terrorçuların əlinə keçərdi”.
Makronun gərginliyə səbəb olan sözlərindən sonra Fransanın Bamakodakı səfiri Malinin Xarici İşlər Nazirliyinə çağırılıb.
Oxunub: 203
Xəbəri paylaş
Paylaş: