Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 21 nəfərə çatıb
Rusiyanın Orenburq vilayətində saxta alkoqollu içdikdən ölənlərin sayı 21 nəfərə çatıb.
Report xəbər verir ki, bu barədə yerli səhiyyə idarəsi məlumat yayıb.
Məlumata görə, ümumilikdə 49 nəfər saxta içki qurbanı qeydə alınıb.
Ölənlərin qanında aşkar edilən metanol ölümcül dozadan dəfələrlə yüksək olub.
Qeyd edək ki, Vilayətin İstintaq Komitəsi tərəfindən hadisə ilə bağlı artıq üç nəfər şübhəli şəxs qismində saxlanılıb.
Oxunub: 241
Xəbəri paylaş
Paylaş: