Rusiaya qarşı müharibədə Kiyevə kim kömək edə bilər?-
Klimkin ad çəkib
Rusiyaya qarşı müharibədə Ukraynanın başlıca köməkçisi ABŞ Prezidenti Co Baydendir.
2014-2019-cu illərdə Ukraynanın xarici işlər naziri olmuş Pavel Klimkin belə hesab edir.
«Mən hesab edirəm ki, bu gün bizim başlıca köməyimiz Birləşmiş Ştatlardır… Yalnız Bayden bu gun Putinin qarşısına qırmızı xətt çəkə bilər. Nə Merkel, nə Makron, nə Avropa Komissiyası nə qədər istəsələr də bunu edə bilməzlər»- «Obozrevatel» Klimkindən sitat gətirir.
Diplomatın sözlərinə görə, digər avropalı həmkarların da dəstəyi əhəmiyyətlidir, buna baxmayaraq, Kiyev bu gün yalnız amerikalıların gücünə və sərtliyinə arxalana bilər.
«Əlbəttə, ilk növbədə özünə, sonra isə amerikalılara. Amerikallar avropalılarla birlikdə qoy, kömək etsinlər» - o, əlavə edib.
Oxunub: 257
Xəbəri paylaş
Paylaş: