Həbs edilən nazir müavininin cəzası aşağı endirildi -
8 ildən 4 ilə
Mədəniyyət nazirinin sabiq müavini, ötən il rüşvət aldığı üçün DTX tərəfindən həbs edilən Rafiq Bayrmovun cəza müddəti aşağı endirilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bu barədə Bakı Apellyasiya məhkəməsi qərar çıxarıb.
Qərara əsasən, onun həbs müddəti 4 il 6 ay olaraq müəyyən edilib.
Qeyd edək ki, R.Bayramov avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Oxunub: 299
Xəbəri paylaş
Paylaş: