"Şirkətlərimiz Qarabağın bərpası prosesində iştirak etməkdə maraqlıdır"-
Rumıniya XİN
“Rumıniya şirkətləri Qarabağın bərpa və inkişaf prosesində iştirak etməyə dəvət olunarsa, bu, şübhəsiz ki, onlarda böyük maraq oyadacaq”.
Bunu Report-un sorğusuna cavab olaraq Rumıniya Xarici İşlər Nazirliyindən bildiriblər.
“Əminik ki, Rumıniya şirkətlərinin Qarabağın bərpasında iştirakı mövzusu Azərbaycan ilə gələcək ikitərəfli təmaslarımızın gündəliyinə daxil ediləcək”, - Nazirlikdən deyiblər.
Rumıniya XİN həmçinin Qarabağın böyük potensiala malik olduğunu qeyd edib: “Azərbaycan hökumətinin bu istiqamətdə bərpa səylərini diqqətlə izləyirik. Bilirik ki, Azərbaycan hökuməti dəymiş zərərin və bərpa ehtiyaclarının kompleks qiymətləndirməsini aparır. Əldə edilmiş nəticələr son dərəcə faydalı olacaq”.
Oxunub: 154
Xəbəri paylaş
Paylaş: