"İran Moskvada kifayət qədər aydın mesaj aldı"- Korotçenko

"İran və Rusiyanın xarici işlər nazirləri arasında keçirilən görüşdə konkret razılaşmalar olmayıb, bunlar danışıqlardan başqa bir şey deyildi".
Bu sözləri hərbi ekspert, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyanın Rusiyaya səfərinin nəticələrini şərh edərkən deyib.
Onun sözlərinə görə, danışıqlar zamanı Lavrov İrana Moskvanın Tehranın hərbi fəaliyyətini mənfi qiymətləndirdiyini izah edib.
- "Moskva Azərbaycana qarşı heç bir təzyiqə qatılmayacağını açıq şəkildə bildirib və İrana məsləhət görüb ki, bütün problemləri diplomatik yollarla həll etsin. Eyni zamanda, Zəngəzur nəqliyyat dəhlizinin yaradılması da daxil olmaqla, Rusiyanın üçtərəfli bəyanatı tam şəkildə həyata keçirmək istəyində olduğu vurğulanıb. Buna görə də düşünürəm ki, İran Moskvada kifayət qədər aydın bir mesaj alıb,"- Korotçenko deyib.
Politoloq görüşün rəsmi gündəliyinin müzakirə mövzularını da qeyd edib: "Rəsmi gündəm ilk növbədə İranın nüvə anlaşması və İran-Rusiya münasibətləri idi. Tehran Azərbaycanla gərginləşən siyasi böhranda Moskvanı öz tərəfinə çəkə bilmədi".

Oxunub: 358
Xəbəri paylaş
Paylaş: