DİN Bəxtiyar Hacıyevin şikayətini araşdırdı:
4 nəfər saxlanıldı
Siyasi fəal Bəxtiyar Hacıyevin bu paylaşımı Daxili İşlər Nazirliyi tərəfindən araşdırılıb.
Bu haqda DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.
O deyib ki, hadisə ilə bağlı 4 nəfər saxlanılıb:
"Bu məlumatla əlaqədar DİN tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə çoxsaylı vətəndaşa qarşı dələduzluq əməlində şübhəli bilinən 4 nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda digərlərinin də müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir. Verdiyiniz dəqiq məlumata görə Sizə təşəkkür edirik".