Vladimir Putin İsrailin Baş naziri ilə danışıq aparacaq
Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Naftali Bennetlə danışıq aparacaq.
Bu barədə oktyabrın 12-də «Rossiyskaya qazeta» xəbər verib.
Qarşıdan gələn görüş barədə informasiyanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib.
İkitərəfli danışıqlar oktyabrın 22-də Naftali Bennetin Rusiyaya səfərinin gedişində aparılacaq.
Bundan əvvəl xəbər verilmişdi ki, Naftali Bennet İranın Suriyadakı iştirakını tənqid edib.
Oxunub: 277
Xəbəri paylaş
Paylaş: