BQXK rəsmisi naməlum qəbirlərin açılmasından DANIŞDI
Bunu BQXK-nın Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, bu məlumatlar Dövlət Komissiyasının bazasında saxlanılır:
"Hazırda da BQXK Dövlət komissiyası ilə birlikdə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin toplanması layihəsini həyata keçirir. Hər iki layihə gələcəkdə eksqumasiya zamanı tapıla biləcək insan qalıqlarının identifikasiyasında istifadə olunacaq. Bu, həmin şəxslərin kimliyini aydınlaşdırmaq üçün böyük texniki dəstəkdir. Naməlum qəbirlərin açılması Dövlət Komissiyasının rəhbərliyi ilə həyata keçirilir, BQXK burada müşahidəçi qismində iştirak edir. Amma BQXK buna texniki dəstək verməyə hazırdır. Bizim tibbi ekspertlərimiz var ki, onlar da böyük təcrübəyə malik mütəxəssislər olaraq lazım gəldikdə dəstək verməyə hazırdırlar".