Qırğızıstan prezidenti yeni Baş nazir təyin etdi
Qırğızıstan Prezidenti Sadır Japarov ölkəyə yeni Baş nazir təyin edib.
“İnterfax” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. İmzalanan sərəncamla Akılbek Japarov Qırğızıstan Nazirlər Kabinetinin sədri, Baş nazir və respublika prezidenti administrasiyasının rəhbəri təyin olunub.
Xatırladaq ki, dünən Sadır Japarov ölkənin nazirlər kabinetini istefaya göndərmişdi.
Oxunub: 269
Xəbəri paylaş
Paylaş: