Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • İRAN YENİ GENİŞMİQYASLI TƏLİMLƏRƏ BAŞLAYIR - Eyni vaxtda Azərbaycan da təlimlər keçirəcək
  • "İran Rusiya ilə təlim keçirməklə, düşmənlərinə dəqiq siqnal göndərir"- Kontr-admiral
  • İran ordusunun çevik müdaxilə birliyi Azərbaycanla sərhəddə - Generaldan açıqlama
  • İran Azərbaycanla sərhədə HHM sistemləri yerləşdirir - General Musəvi
  • “İstənilən ölçüdə obyekti məhv etməyə qadirdir”- İranlı komandan meydan oxudu
  • "İRAN AZƏRBAYCANLA HEÇ LOKAL TOQQUŞMAYA DA CƏSARƏT ETMƏZ..."- Sınıq-salxaq ordu ilə təhdidlər işə yaramır...

    • Tarix: 15-10-2021, 13:30


    Tehranın fikrincə, onun ordusunun İslam Inqilabının Keşikçiləri Korpusunun (İİKK) motoatıcı bölmələrinin, HHQ-nin və hava hücumundan müdafiə qüvvələrinin iştirakı ilə keçirilən növbəti hərbi təlimləri “islam inqilabının düşmənləri”ni başa salmalıdır ki, İranın silahlı qüvvələri güclüdür və hava hücumlarından etibarlı müdafiə olunub.

    Azərbaycana ünvanlanan eyham  bakirənin göz yaşları kimi şəffafdır: "Biz sizin üçün Qarabağdan qovduğunuz ermənilər deyilik!  Və sizin tərifli dronlarınızdan, artilleriyanızdan çəkinmirik!.."

    "Sepahnews" agentliyi xəbər verir ki,  təlimlərə raket sistemləri, radiolokasiya kompleksləri, radioelektron mübarizə vasitələri, idarəetmə və nəzarət Mərkəzləri, elektron optika və hətta süni intellektlə idarə olunan hədəf sistemləri cəlb olunmuşdu.

    Tehrandakı rəsmi mənbələr təkrarlamaqdan yorulmur ki, Azərbaycanla sərhəddə yerləşdirilən silah və texnika sırf İran istehsalıdır.  Görünür, “İran strateqləri”nin fikrincə, bu fakt Azərbaycanın siyasi və hərbi  rəhbərliyində dərin şok vəziyyəti yaratmalıymış.

    Yeri gəlmişkən, İran hərbçiləri və onların “eksklüziv” hərbi texnikası nəyi olmasa da, şoka salmağı bacarır.  Özü də necə! Məsələn, 2020-ci ilin yanvarında Keşikçilər Korpusunun hava hücumundan müdafiə sisteminin radarları Tehrandan sərhədə doğru uçan “Boinq-737” sərnişin təyyarəsini İran paytaxtı üçün təhlükə yaradan pilotsuz uçuş aparatı (PUA) ilə səhv salır. 
    Məlumdur ki, təyyarə ilə PUA-nın radarda əks olunan siqnallarının sahəsi arasındakı fərq təxminən fil ilə küçük arasındakı fərq qədərdir.  Ancaq Keşikçilər Korpusunun operatorlarına düşünmək qadağandır:  komandir deyirsə ki, bu drondur, deməli, elədir ki var.  Nəticədə "Boinq" vurulur, 176 sərnişin və ekipaj üzvləri həlak olur.


    İran Azərbaycan sərhədləri yaxınlığına özünün köhnəlmiş raket sistemlərini çıxarmışdı...

    Elə həmin ilin mayında  İranın Hərbi dəniz qüvvələrinin (HDQ) eskadra mina gəmisinin radarı Oman körfəzində özlərinin Kanarak hərbi gəmisini düşmən hədəf hesab edir və hədəfə doğru gəmi əleyhinə qanadlı raketlər göndərilir.  Gəmi batır, 20 İran dənizçisi həlak olur.

    Yenə həmin ayda İranın AH-1 Super Cobra helikopteri öz mövqelərini atəşə tutur, raketlə içərisində hərbçilərin olduğu yük maşını partladılır, üç hərbi qulluqçu həlak olur.

    Ümumiyyətlə, Keşikçilər Korpusunun hərbçilərinin döyüş hazırlığı və texniki bacarığının tarixinin dərin kökləri var. Hələ 1987-ci ildə, İran-İraq müharibəsinin gedişatında İnqilab Keşikçiləri Korpusunun topçuları zenit atəşi ilə özlərinin  F-5B  qırıcısını vurmuşdular. Həmin təyyarənin pilotu isə İran HHQ-nin komandan müavini, briqada generalı Abbas Babai idi.


    İran hava hücumundan müdafiə qüvvələrinin operatorları tez-tez səhv edir, məsələn, Ukrayna təyyarəsini vurur...

    Ancaq təlimlərə qayıdaq.  Son vaxtlarda bir neçə hərbi təlim olub, hamısı da bu və ya digər dərəcədə İran-Azərbaycan münasibətlərində yaranan gərginləşmə ilə əlaqələndirilib. 

    İran KİV-ləri Azərbaycan və Ermənistanla sərhəddəki rayonların inspeksiyasından sonra “əcnəbilərin, xüsusən də sionist rejiminin nümayəndələrinin bölgədə mövcudluğundan əlçatmaz illüziyalara qapılan bəzi qonşu ölkələri amansız zərbələr”lə təhdid edən Hüseyn Nuşabadidən (parlamentin Milli təhlükəsizlik üzrə komissiyasının üzvü) sitatlar gətirirlər.

    Görünür, Azərbaycanın azad olunan ərazilərində  “sionist aqressorlar”ın hipotetik mövcudluğu barədə şayiələr tədricən İran siyasi elitasının sayrışan ideyasına çevrilir.  
    Parlament üzvlərinin iltihablaşmış beyinlərində Zəngəzur dəhlizindən ölkəyə soxulmağa hazır dayanmış bütün İran düşmənlərinin - İsrail silahlı qüvvələrinin xüsusi təyinatlılarının, türk “Bordo bereliləri”nin, amerikan “Dəniz pişikləri”nin, Pakistanın “Qara leyləkləri”nin elit bölmələrinin obrazları canlanır.

    Azərbaycan prezidenti, Milli Məclisin deputatları, XİN-in səlahiyyətli nümayəndələri dəfələrlə Tehrana Azərbaycan ərazisində İrana dost olmayan silahlı qruplaşmaların mövcudluğunu sübuta yetirən heç olmasa hansısa bir dəlil ortaya qoymasını təklif edib.  Cavabında İran KİV-ləri guya ki Bakı və Ankaradan gözlənilən təhdidlərlə bağlı isteriyanı böyütməkdə davam edirlər.

    İran mətbuatı da siyasi isteriyanı körükləyərək Tehranı dərhal Ermənistanla hərbi saziş imzalamağa və onun ərazisində ordu yerləşdirməyə çağırır, bu yolla Ermənistan-Azərbaycan sərhədinin təhlükəsizliyini, strateji müttəfiq olan Ermənistanın ərazi bütövlüyünü təmin etməyə, hətta “Ermənistan ərazisində tranzit dəhlizinin inşasına” səsləyir.

    Tehran KİV-lərindəki məqalələrdə İranın Azərbaycana münasibətinin strategiyasının konturlarını izləmək olar.  Birinci mərhələdə sionistlərin və onlarla əlbir olanların hərəkətlərinin destruktiv xarakter daşıdığını izah etmək üçün İran əhalisi ilə  ideoloji iş aparılır  və bu, Azərbaycan rəhbərliyinin “irrasional davranış”ına qarşı xalqda neqativ münasibət yaratmalıdır. 
    Daha sonra İran-Azərbaycan sərhədi ilə tranzit dayandırılır - bu siyasi və iqtisadi təcrid Azərbaycan rəhbərliyini “ciddi düşünməyə” məcbur etməlidir. Strategiyanın sonuncu bəndi isə İranın Ankaraya və Bakıya qarşı hərəkətlərinə mane olan İran azərbaycanlılarının təqib edilməsi ilə bağlıdır. 
    Sonuncu bənd hakimiyyət tərəfindən artıq reallaşdırılır - Azərbaycanın müdafiəsinə qalxan İran vətəndaşları 15 il müddətinə həbs cəzasına və 100 şallaq zərbəsinə məhkum olunub.

     
    Ural Hatəmi

    İranın Azərbaycana münasibətdə hərəkətlərinin şərh edən tanınmış İran politoloqu Ural Hatəmi haqqin.az-a müsahibəsində bildirib ki, Tehranın Bakıya qarşı psixoloji müharibəsi 44 günlük müharibədəki qələbə ilə əlaqədardır:
    - Tehran çox məyusdur ki, azərbaycanlılar işğal olunmuş torpaqları müstəqil şəkildə Ermənistandan geri aldı və İranla olan sərhədinə nəzarəti bərpa etdi. Niyə?

    -  Ona görə ki, Tehran son 30 ildə Bakı və Yerevanla münasibətlərində istifadə etdiyi siyasi spekulyasiya vasitələrindən məhrum oldu. İkinci Qarabağ müharibəsindən sonra yaranan situasiyada İran oyundan kənar vəziyyətdə qalıb və indi də heç olmasa hansısa divident əldə etməyə çalışır.  
    Ayətullahlar geosiyasi oyunda uyğun heç nə tapa bilməyərək vəziyyətin onsuz da çox gərgin olduğu ölkə daxilində mövqelərini möhkəmlətmək üçün xarici düşmən faktorundan yararlanmaq qərarına gəliblər.

    - Bu özünü nədə göstərir?

    - Hazırda ölkə öz tarixinin ən ağır dövrlərindən birini yaşayır. Kovid pandemiyasının dalğaları bir-birini əvəzləyir, daha çox supermarketdə yanğına bənzəyən vaksinasiya siyasəti peyvəndlərin kəskin çatışmazlığına səbəb olub, sanksiyalar ölkə iqtisadiyyatının çökdürüb, rial dəyərsizləşib,  sosial narazılıq, işsizlərin və yoxsulların sayı  artır…

    - Sizin fikrinizcə, hipotetik xarici təhlükənin qızışdırılması Xameneiyə ölkədəki daxili narazılığın öhdəsindən gəlməyə kömək edəcək?

    - Müəyyən mənada, bəli.  Yalançı xarici təhlükə barədə təbliğat isteriyası olmasa İranın bütün dini-ehkamçı sistemi kağız evcik kimi dağılacaq.  Məhz buna görə İran təbliğatı dövri olaraq düşmən obrazından yararlanır. 
    Əgər əvvəllər xalqı ABŞ, Böyük Britaniya, SSRİ, sonralar isə İsraillə qorxudurdularsa, indi iranlıların düşməni Azərbaycan və Türkiyə olub.

    İmperiya ambisiyalarında, millətçilərin və dini fanatiklərin düşüncə məhdudluğunda oynayan təbliğat məsələni elə təsvir edir ki, guya Türkiyə Azərbaycanın fəal yardımı ilə İranı zəbt etməyi və bölməyi, sonda isə titul milləti - farsları özlərinə tabe etdirməyi planlaşdırır. 

    Hakimiyyət bu 42 ildə intensiv şəkildə beyinləri yuyaraq aşkar şovinizmə, bir etnosun göylərə qaldırılaraq bütün yerdə qalanların aşağılanmasına arxalanan millətçi təbliğat maşınının istifadəsində püxtələşiblər.

    - Xalq həqiqətənmi Türkiyə və Azərbaycanın İrana qarşı qəsd hazırladığına inanır?

    - Mən İranın müxtəlif şəhər və əyalətlərinin sakinləri ilə çox ünsiyyətdə oluram  və bir dəfə də olsun Azərbaycan əleyhinə isteriyanı müdafiə edən insanla rastlaşmamışam. Sadə iranlılar başa düşür ki, Azərbaycanın öz ərazisində sərhəd məntəqələri yerləşdirməyə, rüsum toplamağa və qanunu pozanları saxlamağa tam hüququ var.

    - Sizin fikrinizcə, prezident İbrahim Rəisinin Azərbaycan-İran gərginliyinin eskalasiyasında hansı rolu var?

    - Fikrimcə, Azərbaycana və onun müttəfiqlərinə olan ideoloji hücumun İranın yeni prezidenti ilə bağlılığı yoxdur.  Düşmən obrazının seçimi ilə bağlı qərarı kölgə hakimiyyəti - dini alyans, ekspertlərin Ali şurası, İİKK rəhbərləri, ordu və təhlükəsizlik xidmətləri qəbul edir.
    Rəisi  dekorativ fiqurdur,  kölgə biznesini, maliyyə axınlarını, güc strukturlarını real nəzarətdə saxlayan kölgə hakimiyyətinin kollektiv qərarlarının vur-tut icraçısıdır.

    -  İranın Azərbaycana qarşı silahlı müdaxilə ehtimalı nə dərəcədə realdır?

    - Fikrimcə, İran heç məhdud hərbi münaqişəyə də cürət etməz.  Əvvəla, Bakıya qarşı hər hansı aqressiya Türkiyənin və istisna deyil ki, həm də Pakistanın cavab reaksiyasını doğuracaq. 
    İkincisi, barələrində nə deyilsə də, İran hakimiyyətindəkilər praqmatik adamlardır. Onlar əla anlayırlar ki, İranın silahlanmasının texniki səviyyəsi Türkiyə və hətta Azərbaycan ordusundan da nə qədər geridə qalıb.
    Hələ Bakının digər müttəfiqlərini və strateji əməkdaşlarını demirəm.  İslam inqilabından ötən 42 il ərzində İran özünün silahlı qüvvələrini müasir texniki və texnoloji təchizat səviyyəsinə çatdıra bilməyib. 
    Tehran son illər kəskin iqtisadi böhran səbəbindən hətta münasib hərbi büdcə formalaşdırmağı da bacarmayıb. Müharibə vəziyyətində İranın yeganə ehtiyatı ordunun sayında və düşmənə dini fanatik olan əsgərlərin cəsədləri ilə üstün gəlmək ehtimalındadır.  Ancaq bəllidir ki, müasir müharibələrdə fanatiklər yox, texnologiyalar qalib gəlir...



    - İran Azərbaycanda stabilliyi hansısa iranpərəst qüvvələrin köməyi ilə pozmağa cəhd edirmi?  Məsələn, ali hakimiyyəti sabotaj etmək , yaxud sünni-şiə qarşıdurması yaratmaq?

    - Əgər İranın bu cür imkanı olsaydı, çoxdan onu reallaşdırardı.  Bildiyim qədər, İran yaxın keçmişdə Azərbaycanda öz proksilərinin bölməsini yaratmağa cəhd edib, ancaq uğursuzluğa düçar olub. 
    Tehran prinsipcə Bakıya qarşı Azərbaycanın hüdudlarından kənarda olan silahlı şiə qruplaşmalarından istifadə edə bilər.  Ancaq çətin ki, bu, Azərbaycanın xüsusi xidmətlərinin diqqətindən kənarda qalsın.

    - Niyə Zəngəzur dəhlizinin açılması ətrafında bu cür ajiotaj var? Azərbaycanla Türkiyə arasında quru rabitəsinin İrana konkret hansı təhdidi ola bilər?

    - İlk növbədə, İran Azərbaycana siyasi və iqtisadi təsir etmək üçün daha bir vasitəni itirir. Bundan əlavə, Tehranda hesab edirlər ki, Zəngəzur dəhlizi sadəcə Azərbaycan, Naxçıvan və Türkiyə arasında yol deyil, Ankaranın türkdilli aləmə çıxışıdır, Kiçik, Mərkəzi və Orta Asiyada türk faktorunun güclənməsidir. 
    Bu isə Zəngəzuru da, bütün Cənubi Qafqazı da tarixi İran torpaqları sayan Tehran siyasətçilərinin imperiya şüuraltısına heç cür uyğun gəlmir. Kiməsə anaxronizm kimi görünə bilər, ancaq İranda çoxları Fars imperiyasının dirçələcəyinə səmimi olaraq inanır…

    Ceyhun OSMANOV

    Oxunub: 271
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.