Xocalıya görə üzr istəməyə çağıran erməni ÖLDÜ
Vanyan bir müddət öncə koronavirusa yoluxaraq, Tiflis xəstəxanasında müalicə alırdı.
G.Vanyan Azərbaycana qarşı xoş fikirlərinə, Xocalı soyqırımına görə Ermənistanın üzr istəməli olduğunu dediyinə və ümumiyyətlə, Qarabağın Azərbaycan əraziləri olduğunu etiraf etdiyini görə hər zaman rəsmi İrəvanın təzyiqlərinə məruz qalıb.
Ermənistanda çoxları onu Azərbaycan və Türkiyənin agenti hesab edir, hətta vətən xaini adlandırırdı.
Georgi Vanyan 1963-cü ildə Azərbaycanın Goranboy rayonundakı Qaraçinar kəndində anadan olub. 1991-ci ildə İrəvan Dövlət Teatr və Kino İnstitutunu bitirib. 1994-cü ilə qədər Ermənistanda teatr və kino aktyoru olub. 1992-1994-cü illərdə "Yerevan Tatron" teatrının qurucusu və bədii rəhbəri olub.
1993-1997-ci illərdə "Arar" jurnalının təsisçisi və baş redaktoru işləyib. 1997-2005-ci illərdə İrəvandakı 61 saylı məktəbin direktoru vəzifəsində çalışıb.
1989-cu ildən 2004-cü ilə qədər uşaq hüquqlarının müdafiəsilə məşğul olub.
2002-ci ildə "Qafqaz Sülh Təşəbbüsləri Mərkəzi"ni qurub. Dəfələrlə ermənilərlə azərbaycanlıların görüşlərini təşkil edib.
2014-cü ildə Ermənistan hakimiyyətinin təhdidlərindən və siyasi təzyiqlərindən sonra mərkəzi bağlamaq və İrəvanı tərk etmək məcburiyyətində qalıb.