Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • MÖVLAM ŞIXƏLİYEV 14 MİLYON MANAT RÜŞVƏT ALIB - Cinayət işi məhkəməyə göndərilib
  • General Mövlam Şixəliyevin məhkəməsi başlayıb - Jurnalistlər buraxılmayıb /Yenilənib
  • MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - SİYAHI
  • HƏDƏ-QORXU İLƏ KÜLLİ MİQDARDA ƏMLAK VƏ PUL ƏLƏ KEÇİRİBLƏR...- MTN generallarının həbsinin səbəbi açıqlandı
  • “MƏN PULLARI QAYTARIRAM, AMMA MAHMUDOV DA VERSİN...”- Həbsdəki general şərt qoyur
  • "Hakim müttəhim Mövlam Şıxəliyevə "müəllim" deyir"- Zərərçəkənlərdən ETİRAZ

    • Tarix: 16-10-2021, 11:46



    Bakı Hərbi Məhkəməsində Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası kecirilib. 
    Müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-nin şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar.

    İttihama görə, Mövlam Şixəliyev mütəşəkkil cinayətkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib.
    Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxş tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. 
    Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.

    Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan hazırlıq iclasına mütəşəkkil cinayətkar quldur dəstənin əməllərindən zərər çəkən 32 Azərbaycan Respublikasının vətəndaşı qatılıb. Hakim Elbəy Allahverdiyev hazırlıq iclasında jurnalistlərin iştirakına qətiyyətlə icazə verməyib. Sözdə açıq elan edilən məhkəmə islası faktiki olaraq qapalı - gizli şəkildə keçirilib. Bir neçə saat davam edən hazırlıq iclasında zərərçəkənlər hakim Elbəy Allahverdiyevin Mövlam Şıxəliyevə və onun dəstə üzvlərinə xüsusi simpatiya ilə yanaşdıqlarını sezdiklərini deyiblər.

    Globall.az-ın xəbərinə görə, zərərçəkənlər Yeni müsavat-a bildiriblər ki, Elbəy Allahverdiyev Mövlam Şıxəliyevə xüsusilə nəzakətlə müraciət edir, onu “müəllim” deyə çağırır. Halbuki, Cinayət Prosessual Məcəllə ilə proses iştirakçılarının hər bir şəxsin statusu müəyyən olunub. Hakim, təqsirləndirilən şəxs, zərərçəkən şəxs, şahid və digər statuslar var. Məcəllədə “müəllim” statusu yoxdur.

    Elbəy Allahverdiyevin dilindən “müəllim” sözü düşmür və bu yanaşması bəri başdan onun iş üzrə mövqeyini müəyyən edir:

    “Mövlam Şıxəliyevin vəkili vəsatət verdi, onun dəmir qəfəsdən çıxarılıb zalda əyləşməsinə şərait yaradılmasını istədi. Vəkil vəsatəti tam yekunlaşdırmamış Elbəy Allahverdiyev tez-tələsik müzakirəyə çıxardı. “General adamdır, xidmətləri olub” sözlərini pıçıldayırmış kimi Mövlam Şıxəliyevə eşitdirməklə sağına-soluna əyildi.
    Həmkarlarına nəsə pıçıldadı və qərarını elan etmək istədiyi görüntüsü yaratdı.

    Guya yadına nəsə düşməsi görkəmi alıb konvoylara müraciətlə dedi: “Biz qərar verib Mövlam müəllimi dəmir qəfəsdən çıxarsaq, siz onun zərərcəkmişlərdən təhlükəsizliyinə təminat verərsiz?”

    Konvoylar hakimin qəfil sualından özlərini itirdilər. Çünki heç bir məhkəmədə hakim məsuliyyəti konvoyun üzərinə bu şəkildə atmağa cəhd etmir. Hakimlə konvoyların sorğu-sualı bir neçə saniyə davam etdi. 
    Konvoylar başlarına gətirilən müsibətlərdən hələ də özlərinə gəlməyən, ovucla dərman içən, həyatları alt-üst olan, şiddət-nifrətlə Şıxəliyev və onun mütəşəkkil cinayətkar quldur dəstəsinin üzvlərini təpədən dırnağa qədər qəzəblə sezən bizlərə baxıb “bizlik deyil” cavabını verdilər. 

    Hakim bu cavabı gözləyirmiş kimi vəsatəti təmin edə bilmədiyini acizənə səslə elan etdi. Belə anladıq ki, Elbəy Allahverdiyev kecmiş generala “mən əlimdən gələni etdim, amma alınmadı” jestini edir.

    Arada fasilə yarandı, Elbəy Allahverdiyev dəmir qəfəsdə əyləşən Mövlam Şıxəliyevə yaxınlaşdı, onu qulaqlarımız eşidə-eşidə narahat olmamasını, səbr edib məhkəmənin sonunu gözləməyi məsləhət bildi”.

    Zərərçəkənlər deyir ki, onlara qarşı cinayət vəzifədən sui-istifadə edilməklə törədilib. Elbəy Allahverdiyevin belə bir şəxslərə qarşı isti münasibətinin əsas səbəbi də elə məhz bu məqamdır:

    “Bu adamlar сılız və heç biri canlı-cüssəli deyil. Yəni nə Mövlam Şıxəliyev, nə də onun dəstə üzvləri fiziki cəhətdən yüksək bədən quruluşuna malik deyillər. Klassik quldur qiyafəsindən uzaqdırlar. Onları güclü edən sırf vəzifələri, dövlətin gücündən biz vətəndaşlara qarşı istifadə etmələri olub. Mövlam Şıxəliyev və bandası arıq, cılız və balaca boyları ilə seçilirlər. 
    Küçədə kimsənin qarşısına çıxıb “pul ver” desəydilər, təbii ki, bir manatın da belə sahibi olmazdılar. Bu adamlar dövlətin inamını özlərinin cinayətkar fəaliyyətlərinin gerçəkləşməsinə sərf ediblər. 
    Dövlətin içində oturub dövlətin fəlsəfəsinə zidd olan, biz vətəndaşların həyat və sağlamlıqlarına qəsd etməklə mal mülklərimizi şər-böhtanla ələ keçiriblər. Bizlərin günahı olmaya-olmaya məhkum belə ediblər. İttiham aktından da bu açıq-aşkar görünür. Elbəy Allahverdiyevin əlinin altında həmin o ittiham aktı var. Hansında ki, bizlərə qarşı törədilən cinayətlər bir-bir əksini tapıb.

    Mövlam Şıxəliyev vəzifədən çıxarılandan dərhal sonra bank hesabından 1 milyon 116 min 963 dollar çıxarıb!

    Eldar Mahmudovun başçılığı ilə qurulan, Mövlam Şəxəliyevin rəhbərliyində olduğu mütəşəkkil cinayəkar quldur dəstə 2015-ci ilin oktyabrında ifşa olunub. İşdə çoxsaylı sənədlərdən görünür ki, bundan sonra Mövlam Şıxəliyev əl-ayağa düşüb. 

    Təsəvvür eləyin, 24 noyabr 2015-ci ildə özünün adına olan “Beynəlxalq Bank”dakı hesabından 1 milyon 116 min 963 dollar, “Kapital bank”dakı özünün və ailə üzvlərinin adına olan heablardan 1 milyon avrodan çox pul çıxarıb xarici ölkələrə aparıb. Mövlam Şıxəliyevin bunca sərvətinin mənbəyi bizlərin - zərərçəkənlərin pulu-malıdır. 
    Bundan başqa, işdə 32 zərərçəkən varsa, bu o demək deyil ki, Mövlam Şıxəliyev və mütəşəkkil cinayətkar quldur dəstə elə bu cinayətlərlə məhdudlaşıb. Bir qədər ətraflı və zamanında araşdırma aparılsaydı, bu gün zərərçəkənlərin sayı qat-qat artıq olardı.

    Elbəy Allahverdiyev mülki iddiaları qəbul etməkdən niyə yayınır?

    Bizim məhkəmənin, bundan əvvəl istintaqın aparılması qaydası xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq Mövlam Şıxəliyev və mütəşəkkil cinayətkar quldur dəstəsi bu gün Azərbaycan məhkəməsinin qarşısına çıxarılıb. 
    Bizlər də mülki iddialarımızı qanunun tələb etdiyi qaydada məhkəməyə veririksə, hakim qeyd-şərtsiz mülki iddialarımızı qəbul etməlidir. İstəyir ki, mülki iddianı qəbul etməyib baxılmamış saxlasın, sonda da baxmasın. Bu, bizə qarşı Mövlam Şıxəliyevin etdiyi cinayətə bərabər əməl olacaq.

    Sual olunur: bu adamları məhkəmə qarşısına niyə çıxarıblar?

    Cinayət işində olan sübut, sənədlər arasında keçmiş baş prokuror Zakir Qaralovun 17.06.2016-cı il tarixli, sənədlərin götürülməsinə dair qərarı var.
    Həmin qərarda da yazılır:
    - Cinayət işi üzrə vurulmuş ziyanın Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 38.3-cü maddəsinin tələblərinə müvafiq qaydada ödətdirilməsi, mümkün mülki iddiaların təmin olunması və digər əhəmiyyətli halların müəyyən edilməsi üçün Mövlam Şıxəliyevin və ailə üzvlərin bank hesablarına dair sənədlər götürülür.

    Yəni qanunun tələbinə uyğun olaraq bizə vurulmuş ziyanın qarşılığı gələcəkdə dövlətin ödətdirməsi üçün Mövlam Şıxliyevin, ailə üzvlərin bank hesabları, çoxsaylı əmlaklarının üzərinə həbs qoyulub. 
    Belə bir halda Elbəy Allahverdiyevin “müəllim” deyib tərəfini tutduğu Mövlam Şıxəliyevə qarşı bizim mülki iddialarımızı qəbul etməkdən yayınması, yumşaq desək qanundan çox uzaqdır. 
    Mövlam Şıxəliyevin bizlərə vurduğu zərbə maddiyyatla bağlı olub. Amma bu gün zərərçəkənlərin hər birinin həyatında, sağlamlığında həmin mütəşəkkil quldurluq cinayəti dərin iz buraxıb. Ürəyindən əməliyyat olunan, iflic keçirən, xərçəng xəstəliyi tapan və vəfat edənlər var aramızda.

    Sual olunur: bu adamları məhkəmə qarşısına niyə çıxarıblar? Bizlərdən can qurtarmaları üçün? Bizlərin şikayətlərinin ala-yarımçıq araşdırılması görüntüsü yaratmaq üçün?
    Daha bu məzhəkəyə nə ehtiyac vardı?

    Əgər Elbəy Allahverdiyev bizə qarşı dəhşətli cinayətlər törədən Mövlam Şıxəliyevə ilk hazırlıq iclasında simpatiya göstərib bizlərə aqressiv tövr nümayiş etdirəcəkdisə, daha bu məzhəkəyə nə ehtiyac vardı? Bizlərə elan edilsin ki, Mövlam Şıxəliyev qanundan üstündür, ona cinayət törədib ədalətli cəzadan yayınmaq izni tanınıb. 
    Başımıza gətirilən müsibətləri məhkəmədə bir daha vərəqləyib, bizləri o dəhşətli günlərə qaytarmaqla həyatımızı ikinci dəfə qaralayırlar. Həm də bununla Mövlam Şıxəliyevin bizdən can qurtarmasına şərait yaratmaq üçün dəridən qabıqdan çıxmaqla edirlər. Elbəy Allahverdiyev əlinin altında olan cinayət işini oxusun. 
    Əminik ki, işin içində yatan dəhşətlərdən bixəbər deyil, eşidib, bilir. Sadəcə oxuyub özü üçün də bir nəticə çıxarsın. Bizlər nə etmişik? İş qurub pul qazanmışıq. Bizə qarşı nə ediblər? Dövlətin gücündən istifadə edib həyatımızı məhv eləyiblər. Bu adamlar ölkədə iş adamlarına qarşı əməlli-başlı müharibə aparıblar. 
    Onları müharibə qanunlarına uyğun mühakimə etmək bir tərəfə, üstəlik gözümüzün qarşısında vəzifəsi hakimlik olan Elbəy Allahverdiyev tərcümeyi- hallarındakı qanlı, qəddar cinayətləri təmizləmək cəhdinə baş vurur, oyunbazlıq edir.

    Yeni mövlamşıxəliyevlər ortaya çıxacaqlar Məhkəmə zalına Mövlam Şəxəliyevin qohum-qardaşını rahat buraxdıqları halda, jurnalistləri zala buraxmırlar.

    Bunun özü də qanunsuzluqdur. Mövlam Şıxəliyev və onun mütəşəkkil cinayətkar quldur dəstəsi üzərində qanuni, ədalətli məhkəmə qurulmalıdır və bu məhkəmədə baş verənlərin Azərbaycanda geniş ictimaiyyətə çatdırılması təmin edilməlidir.
    Əks halda bu məhkəmənin heç bir əhəmiyyəti yoxdur. Yeni mövlamşıxəliyevlər ortaya çıxacaqlar. Deyəcəklər ki, onlara nə etdilər ki, bizə də nə etsinlər? Azərbaycan dövlətindən ədalətli, tərəfsiz məhkəmə qurub keçirməsini tələb edirik”.

    Oxunub: 325
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.