“Biz nəhəng maqnit tunelin içərisindəyik...”-
İsrail mediası
Alimlərin modelləşdirdiyi tunelin ümumi uzunluğu təxminən 1000 işıq ilidir...
Kanadanın Toronto Universitetinin alimləri Yerin nəhəng maqnit tuneli içərisində ola biləcəyini qeyd ediblər.
İsrail mediası xəbər verir ki, bu haqda “Science Alert” portalı yazıb.
Mütəxəssislərin fikrincə, Şimal qütb “dəliyi” ilə Yer kürəsinin insan gözü üçün göyün əks tərəfində yerləşən ətrafı arasında əlaqə mümkündür. Bağlantının xüsusiyyətlərinə görə bir tunele bənzər nəhəng bir struktur yaradan maqnitlənmiş liflər tərəfindən dəstəkləndiyi güman edilir.Yəni biz nəhəng maqnit tunelin içərisindəyik…
Astronom Cennifer Uest hesab edir ki, bir insan radio-şüalanmanı vizual olaraq qəbul edə bilsəydi, hər istiqamətdə bir tunel strukturu görərdi. Mütəxəssislərin modelləşdirdiyi tunelin ümumi uzunluğu təxminən 1000 işıq ilidir...
Alimlərin maqnit tunellərinin 1960 -cı illərdən bəri mövcud olduğunu bilməsi də diqqət çəkir. Belə ki, o zaman mütəxəssislər belə tunelin həqiqətən mövcud olduğuna dair hipotez irəli sürüblər. Ancaq həmin dövrdə elmi ictimaiyyət bunu rədd edib...