Seyran Ohanyanı Sankt-Peterburqa buraxmadılar
Globall.az erməni mediasına istinadən xəbər verir ki, fraksiya bununla bağlı xüsusi bəyanat da verib.
Burada Seyran Ohanyan haqqında açılmış cinayət işlərinin iddia müddətinin keçdiyi və hüquq-mühafizə orqnalırının qanunu ələ saldığı bildirilib.
Qeyd etmək lazımdır ki, Seyran Ohanyandan başqa deputat Armen Gevorkyanın da bəhs olunan tədbirdə iştirakına izin çıxarmayıb.
“Hayastan” bloku xaricdə, xüsusilə Rusiyada böyük bağlantıları olan bu iki şəxsin ölkədən çıxarılmasına qoyulan qadağanın qəsdən həyata keçirildiyini iddia edib və yenə də hökuməti satqınçılıqda suçlayıb.
“Maraqlıdır, Xüsusi istintaq xidmətinin müstəntiqləri kimin və ya hansı ölkənin maraqlarına xidmət edirlər”, - deyə, bəyanatda sual olunub.
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: