Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • "Bu məsələdə qonşu ölkənin haqqını vermək lazımdır" - İran Prezidenti
  • "İrandan Azərbaycana hücum edilməsi xəbəri həqiqəti əks etdirmir"- Rəsmi
  • Səfir Musəvidən təbrik: "İran xalqı Azərbaycan xalqının sevincinə sevinir"
  • İran prezidenti Paşinyanla görüşdü: Nələr müzakirə olunub? - MÖVQE
  • Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub
  • “Xocalıda İran Azərbaycanı dəstəkləməyib, bunu görməmişəm”- Əfşar Süleymani

    • Tarix: 17-10-2021, 13:00


    Globall.az xəbər verir ki, teleqraf.com İran-Azərbaycan münasibətləri mövzusunu bu ölkənin Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani ilə müzakirə edib. Onunla müsahibəni təqdim edirik:

    – Əfşar bəy, keçmiş səfir kimi indi Azərbaycan və İran arasında yaranan durumu necə qiymətləndirirsiniz və yaranan gərginliyi aradan qaldırmaq üçün imkanlar varmı?

    – Müsahibələrimdə əsas fikrim belə olub ki, Azərbaycan-İran münasibətləri şəffaf olsun və qarşılıqlı inam güclənsin. Bunun da üzərində müxtəlif sahələrdə əməkdaşlıq davam etdirilsin. Addımlar bu istiqamətdə olmalıdır. Yox, əgər münasibətlər əks istiqamətdə olsa, bu, bizim ölkələrimiz və xalqlarımızın xeyrinə olmayacaq.
    İran və Azərbaycan qonşu, qardaş dövlətlərdir. Tarixi adət-ənənə, mədəniyyət bağlılığı var. Nə İran Azərbaycandan küsərək bu regiondan gedəcək, nə də Azərbaycan İrandan küsərək yerini dəyişəcək. Müstəqillik, suverenlik, sərhədlərin olması öz yerində, xalqlar və ölkələr arasında dostluq və əməkdaşlıq olmalıdır.
    Məsələyə hansı prizmadan baxmaq vacibdir? Əlbəttə, ölkələrin müstəqilliyi, ərazi bütövlüyü, istiqlaliyyətləri var. Amma bunlar həm də xalqlar üçündür. Hakimiyyətlər və dövlətlər xalqların rifahi üçündür. Ölkə anlayışı nəyi özündə ehtiva edir? Konkret coğrafiyada xalq yaşayır və ona da hakimiyyət lazımdır.
    Xalq faktorunu götürəndə nə müstəqillik, nə ərazi bütövlüyü, nə dil, nə din, nə də mədəniyyət lazım olur. Bu mənada hər ölkənin xalqlarının öz marağı və mənafeyi var. Deməli, regionda sülh, əmin-amanlıq və sabitlik olmasa, xalqlar ziyan görər. Bu baxımdan əməkdaşlıq lazımdır. Üstəlik problemlər yarandıqda da bunu açıq müzakirə edib yoluna qoymaq, həll etmək lazımdır.

    – Problemin həlli necə olmalıdır?

    – İran tərəfindən müəyyən məsələlər qoyulur, Azərbaycan tərəfi də cavab verir. 15-20 gün əvvəl Gorus-Qafan yolu ilə bağlı məsələ ortaya çıxanda İran mətbuatında məqalə ilə çıxış etdim. Təklif etdim ki, bunu şişirtmək deyil, həll etmək lazımdır. Bunun üçün də müzakirə etmək, görüşmək lazımdır.
    Qeyd etdim ki, sonda bu müzakirə olunacaq. Sonu nə oldu? İnformasiya müharibəsi, dedi-qodularla bu işləri irəli aparmaq lazım deyil. Hətta bundan sonra yazdılar ki, guya mən Azərbaycan meyilliyəm, sizin adamam və s. Qardaşım, mən deyirəm ki, problem varsa görüşüb yoluna qoymaq, həll etmək lazımdır.
    Təklif etmişəm ki, tərəflər oturub danışsın, arqumentlərini ortaya qoysun. Əlbəttə, orada olduğu kimi burada da radikal adamlar var, sanki çörəkləri aranı qatmaqla çıxır, onlara danışmaq, müzakirələr aparmaq xeyir eləmir. Elə gərək savaşdan, gərginlikdən, təfriqə salmaqdan və aranı qarışdırmaqdan danışasan.
    Mən bir daha qeyd edirəm ki, hər bir dövlət öz yerində, amma qonşuluq məsələlərində, siyasətdə ortaya çıxan məsələlər və ya narazılıq varsa oturub müzakirə olunmalıdır. Məsələn, İrandan bir nəfər ora gələ və ya Azərbaycandan bir nəfər bura gələrək danışa bilərdi. Mən də dedim ki, danışıq olsun.

    – İran Xarici işlər naziri Əmir Hüseyn Abdullahiyanın Azərbaycana səfər edəcəyi haqda fikirlər var. Azərbaycan ilk gündən elan edib ki, qarşılıqlı hörmət əsasında qonşuluq siyasətinə tərəfdir, qonşularla münasibətlərin ən yüksək səviyyədə olmasında maraqlıdır. Bu mənada İran xarici işlər nazirinin səfəri ilə yaranan problem həll oluna bilərmi?

    – Hesab edirəm ki, səfər 20 gün gecikib. Mən öncədən İran mediasına demişəm ki, danışmaq lazımdır. Ya buradan nazir ora getsin, ya oradan nazir bura səfər etsin.
    Əsas odur müzakirə aparsınlar. Hətta səhv etmirəmsə Nyu-Yorkda da İran və Türkiyə xarici işlər nazirləri görüşmüşdü, belə söhbət yayılmışdı ki, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirləri arasında görüş olacaq. Mən də o fikirdəyəm ki, tərəflər gəlib masaya əyləşərlər, hər tərəf əlində olan sənədi ortaya qoyar, danışarlar və məsələ həllini tapar.
    Yəni inam yaratmaq üçün belə səfər vacibdir. Amma danışıqlardan sonra əldə edilən razılaşmalara da əməl etməkdə vacibdir. Mən deyirəm ki, şəffaf, açıq və səmimi dostluq atmosferinda danışıq olsun. Hər bir tərəf hansı məsələyə görə narahat olduğunu ifadə etsin, müzakirə aparsınlar və həm də hər tərəf üzərinə götürdüyü öhdəliyə sadiq qalsın.
    Yəni qarşılıqlı etimad və inam yaransın. Onsuz da hər zaman xarici işlər nazirlərimiz qarşılıqlı səfərlər ediblər. İran xarici işlər naziri Azərbaycana gələcək, sonra da Azərbaycan naziri İrana səfər edəcək. Bunlar müsbət hallardır.

    Mənim fikrimcə, son hadisələr və yaşananlar bəzi məqamları üzə çıxardı. Çox şeylər dolayı yolla deyilirdi, bəzən üzə çıxmırdı, amma indi tam çölə açıldı. Əlbəttə, içəridə həll edilsəydi, heç çölə də çıxmazdı. Bir haldakı çıxdı. İndi oturub həll edin. İndi bu məsələlər artıq aşkara çıxıb, odur ki, oturub danışmaq lazım gəlir.

    İkitərəfli münasibətlərə kölgə salan məsələlər bir tərəfə, digər tərəfdən də regional və beynəlxalq məsələlər var.
    Mən sözsüz ki, məsələlərə məntiq və reallıqlar çərçivəsindən yanaşıram. Amma burada Zəngəzur dəhlizi deyilən məsələyə dair tam fərqli fikirlər səsləndirilir. Məncə, bunu dəqiqləşdirməyə ehtiyac var. Zəngəzur dəhlizi çəkildikdən sonra İran Ermənistanla sərhədlərini itirirmi, itirmirmi? Bu, maraqlı məqamdır.

    – İran-Ermənistan yolu olduğu kimi Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Naxçıvan arasında da yol olacaq. Bu yol Türkiyəyə qədər də uzana bilər. Axı bu iki məsələni nədən İranda qarşı-qarşıya qoymaqla ortaya süni problemlər çıxarılır?

    – Burada belə fikirlər var ki, guya Azərbaycanla Türkiyə çalışırlar ki, Zəngəzuru alsın və dəhliz çəkilsin. Beynəlxalq dəhliz yaradılsın və Ermənistanın nəzarətində olmasın. Nəticə etibarı ilə də İran-Ermənistan sərhədini itirəcək. Əlbəttə, mən anlayıram ki, bu cür olmayacaq, amma hər halda bu kimi məsələlərə aydınlıq gəlməsi işin müsbət tərəfi olardı.

    – Bu, əslində SSRİ zamanı mövcud olan yoldur. O zaman da bu hissədən dəmiryolu və avtomobil yolu keçib. Hətta Moskva-Tehran qatarı da bu yoldan keçməklə Culfa üzərindən İran ərazisinə daxil olub. İndi etirazın motivi nədir?

    – Mən regionu bilən mütəxəssis kimi bu məsələlərə az-çox bələdəm. Aydındır ki, Mehri ilə məsafə 45 kilometrdir. Nə boyda yol çəkiləcək ki, nəticədə İran-Ermənistan sərhədi itəcək?
    Burada belə fikirlər səsləndirildiyi üçün bunun açıqlanması ümumi işin xeyrinə olardı. Sonra deyirlər ki, İranla Ermənistan sərhədi aradan qalxsa və ya kəsilsə İran Avropaya alternativ yolunu itirir. Hərçənd mən burada yazmışam ki, heç indiyə qədər İran bu yola xüsusi bel bağlamayıb, ondan istifadə etməyib.
    Çünki bu yolla Ermənistandan sonra Gürcüstana getməlisən, oradan da Qara dənizə.

    Məsələn, burada publika səviyyəsində belə fikirlər səsləndirilir ki,Azərbaycan və Türkiyə Zəngəzur dəhlizini çəkməklə istəyirlər ki, yüklər Azərbaycana, Xəzər vasitəsilə Orta Asiyaya, Rusiyaya rahat gedib-gəlsin. Azərbaycan da indi İran ərazisindən Naxçıvana gediş-gəlişini Ermənistan üzərindən həyata keçirək və beləcə İran Avropaya çıxış üçün Azərbaycan və Türkiyə yolundan asılı qalacaq.

    – Müharibədən sonra üçtərəfli razılaşma əldə edilib və bu razılaşmaya görə, regionda mövcud olan kommunikasiya xətləri blokadadan çıxarılır. O cümlədən də Zəngəzur dəhlizi açılır. Hansı ki bu yol Azərbaycan və Naxçıvanı birləşdirir…

    – Mən bunu bilirəm. Bu dəhliz İrana ziyan verir və ya vermir?

    – Axı İranda niyə İran-Ermənistan yolu ilə Zəngəzur dəhizini qarşı-qarşıya qoyurlar və hansı məntiqlə deyirlər ki, bu dəhliz İran-Ermənistan yolunu sıradan çıxarır. Doğurdan orada nəzərə almırlar ki, dəhliz Araz çayı üzərindən keçməyəcək?

    – Məncə, bu barədə müsahibələr, açıqlamalar daha çox olmalıdır ki, burada da hansısa qruplar, maraqlı şəxslər aranı qatmasın. Əlbəttə, əgər İran-Ermənistan sərhədlərini bu dəhliz yoxa çıxarsa, ilk olaraq Ermənistan buna qarşı çıxar. Amma Ermənistan susub, ümumiyyətlə bu barədə danışmır.

    Mən də burada sual edirəm ki, niyə Ermənistan bu haqda danışmır? Halbuki Iran-Ermənistan yolu Ermənistan üçün daha vacibdir. Mən də düşünürəm ki, İran-Ermənistan sərhədi və keçid məntəqəsi itməz. Hər halda nazirlərin görüşü olacaqsa, ehtimal edirəm ki, bu mövzularda müzakirə ediləcək.

    Aydındır ki, Azərbaycanın Naxçıvan istiqamətində Türkiyə ilə sərhədi var, hüququdur ki, oradan insanların gediş-gəlişi olsun, oradan gəlib Azərbaycana da gedirlər, Ermənistan razıdırsa onun ərazisindən istifadə edilə bilər. Amma burada İranın Ermənistanla sərhədlərinin itməsi, bizim Avropaya çıxış yolumuzun bağlanması məsələsi varmı, yoxmu.
    Bunun ortaya çıxarılması vacibdir. Bildiyim qədər indiyə qədər İran Ermənistan üzərindən Avropaya getməyib. Çünki Ermənistan hissəsində yol o qədər də rahat və uyğun deyil. Bu yolların Ermənistan daxilində düzəlməsi üçün milyonlarla xərc lazımdır. Bu məsələlər var.

    Bir də mümkündür ki, Azərbaycan və İran arasında müştərək komissiya yaradıla bilər. Kimin nə şübhəsi varsa gəlib baxsın, görsün nə var, nə yoxdur. Məncə, bu da iki qonşu ölkə arasında daha çox inam və etimad yaradardı. Lazım gəlsə hər iki tərəf sərhədə baxış keçirə bilər. Qənaətimcə, İran xarici işlər nazirinin Azərbaycan səfəri əslində bir sıra məsələlərin həllini yoluna qoya bilər. Əsas qarşılıqlı inamdır. Həm ikitərəfli, həm də regional və qarşılıqlı istiqamətlərdə.
    Bu yolla gedilsə ortaya çıxan problemlər həll olunar. Sözsüz ki, bir səfərlə bu işlər tam həllini tapmaz, amma işə başlanılmasının özü müsbət gedişdir. Tərəflər müştərək maraqlar və fikirlərin üzərində durarlar.
    Bəzi ixtilaflar var ki, onları da tədricən aradan qaldırmağa çalışılar. Sözsüz ki, İranda nələrsə yazılır, Azərbaycanda da yazılır. Buna nəzarət çətin işdir. Amma dövlətlər arasında münasibətlər sıxlaşsa, informasiya atmosferinə də müsbət təsir göstərər.

    Burada bir narazılıq da onunla əlaqəlidir ki, İran şirkətlərinin Qarabağda bərpası prosesində iştirakına müsbət yanaşılmır, İsrail şirkətinə isə yaradılır. Bu kimi narahatlıqlar da var.

    – Bundan əvvəlki İran hökuməti ilə Azərbaycan hökuməti arasında yüksək səviyyəli və qarşılıqlı inama söykənən yaxşı qonşuluq əlaqələri qurulmuşdu. Amma gərginlik İranda hökumət dəyişikliyindən sonra ortaya çıxdı. İranın indiki hökuməti özündən əvvəlki hökumətdən tam fərqli siyasət yürüdür?

    – Mən məsələyə bu cür baxmıram. Əlbəttə Ruhani hökuməti ilə Rəisi hökuməti arasında fərqli fikir və yanaşmalar mövcuddur. Xüsusilə, daxili məsələlərdə bu daha çox özünü göstərir. Amma İranda xarici siyasətdə hökumətlərin elə də böyük rolu olmur. Məncə, Ruhani hökuməti olsaydı da bu hallar baş verərdi.

    – Azərbaycanda belə fikirlər var ki, bizim 44 günlük müharibə ilə işğal altında olan torpaqlarımızı azad etməyimiz və işğalçı erməni qüvvələrini ərazilərimizdən qovmağımız İran tərəfindən birmənalı və xoş qarşılanmır. Siz bu barədə nə deyə bilərsiniz?

    – Bu məsələlərin səbəbi yuxarıda dediyim məqamlarla bağlıdır. Yuxarıda dediyim məsələlər aydınlaşdırılmalı, həll olunmalıdır. Nəticə etibarı ilə dövlətlər bir-birinin daxili işlərinə qarışmasın və bu, əməldə olsun. Məncə, bu halda ortaya çıxan problemlər də tədricən həll olunar.

    – Yeri gəlmişkən, Azərbaycanın II Qarabağ müharibəsi, ərazilərinin işğaldan azad etməsi İran cəmiyyətində necə qarşılanır və qiymətləndirilir?

    – İranda Azərbaycanın öz torpaqlarının qaytarması, ərazi bütövlüyünü təmin etməsi müsbət qarşılanır. Hətta Xankəndi və bəzi ərazilərlə bağlı tendensiya izlənilir. Ola bilsin ki, bəzi siyasi qrupların baxışları fərlidir. Məncə, bu da daha çox bəzi nigarançılıqların olmasından qaynaqlana bilər.

    Bəzi radikallar ola bilər ki, buna sevinməsin, amma ümumilikdə insanlar sevinir. Yuxarıda qeyd etdiyim məsələlər də həll edilsə, hər hansı problem olmaz. Mən burada da qeyd etmişəm ki, Azərbaycan müstəqil ölkədir, dünya tərəfindən tanınıb. Tarixin müsbət tərəflərindən istifadə edərək əlaqələri gücləndirmək lazımdır. Çünki tarixə keçsən dünyada çox şeylər olub. Tarix qalıb tarixdə. Azərbaycan müstəqil dövlətdir, İran da müstəqil dövlətdir.
    Bunlar həm də qonşu ölkələrdir və əlaqələri var. Məsələn, burada bir debat oldu. Mən də iştirak etdim. Dedim ki, İran bu məsələdə Azərbaycana kömək edib, filan məsələdə edib. Çünki işin içində mənim özüm də olmuşam. Ortaya sonra Xocalı məsələsi gəldi. Mən dedim ki, Xocalıda İran Azərbaycanı dəstəkləməyib, mən işin içində olan adam kimi bunu görməmişəm, əgər sizdə sənəd varsa və ortaya qoyarsınızsa, deyərəm ki, bəli, İran Xocalıda Azərbaycana kömək edib.
    Bundan sonra dedilər ki, Əfşar Süleymani Azərbaycanın tərəfini tutdu və s. Halbuki mən İranın Azərbaycana dəstəklədiyi məqamları daha yaxşı bilirəm, çünki prosesin içində olmuşam.
    Məsələn, mənim səfir olduğum dövrdə İran müdafiə nazirinin Bakı səfərini təşkil etdik, daha sonra Azərbaycan müdafiə naziri Tehrana səfər etdi. Buna qədər belə səfərlər olmamışdı. Sonra hərbi əməkdaşlıq sahəsində saziş imzalandı. Hətta bir dövrdə Azərbaycana silah satılıb. Amma Xocalı məsələsində dəstəyimiz olmayıb.

    Mən burada da qeyd etdim ki, heç vaxt bu cür gərginlik olmamışdı. Prezident İlham Əliyev bu şəkildə sərt açıqlama verməmişdi. Hər halda Azərbaycanda məsələlər var, İranda da müəyyən fikirlər deyilir. Narahatlıqlar varsa, danışıqlar yolu ilə həllini tapmalıdır.

    – Amma Azərbaycan Prezidenti İlham Əliyev İran Ali dini rəhbərinin açıqlaması və ondan əvvəl Ərdəbilin imam cüməsi Həsən Amulinin fikirlərindən sonra mövqe bildirdi…

    – Mən Azərbaycan Prezidentinin son mövqeyini onun adına istinad edərək demişəm. Yəni bildirmişəm ki, Azərbaycan Prezidenti belə deyir. Bundan sonra mənim əleyhimə nələrsə yazıblar. Qısaca demişəm ki, Azərbaycan rəhbəri deyir ki, dostcasına fikrimizi çatdırdıq, sonra səfiri dəvət edib nota təqdim etdik, sonra da gedib Gorus-Qafan yolunda post qurmalı olduq. Bu sözümə görə, mənə hücum edirlər.

    – Gorus-Qafan yolunun müəyyən hissəsi Azərbaycan ərazisi olduğundan orada Azərbaycan gömrükçüləri və polisinin posT qurması tam qanunidir…

    – Mən bunu bilirəm. Prezident Əliyev də qeyd etdi ki, biz müraciət etdik, amma cavab almadığımız üçün bu işi gördük. Mənası da budur ki, o maşınların ora getməyə imkan verilməsəydi bizdə bu işi görməyəcəkdik. Torpaq sizindir, burada söhbət yoxdur. Əsas reaksiya məsələsidir. Hər halda mənim 20 gün əvvəl dediyim kimi danışıqlar olmalıdır, bu lazımdır.

    – Moskvada İran və Rusiya xarici işlər nazirləri arasında danışıqlarda xüsusi bir anlaşma olmadı və bundan sonra proses necə inkişaf edəcək?

    – İran xarici işlər nazirinin səfərindən öncə İran mediasına bu haqda yazmışdım. İranda Rusiya ilə bağlı danışan bir neçə mütəxəssis var ki, onlardan biri də mənəm. Açıq qeyd etdim ki, ruslar bizim yanımızda olsa da, bizimlə birlikdə deyil. Qeyd etdim ki, Türkiyə və Azərbaycanla qonşuyuq, müsəlman ölkələrik.
    Amma məsələləri öz aramızda həll edə bilmirik, gedirik Rusiya və Ermənistanla həll etməyə çalışırıq. Bu İranın xarici siyasəti ilə də uyğun gəlmir, üstəlik rusların nə etdiyi də görünür. Rusiyanın Azərbaycanla, Gürcüstanla, İranla və regionla nə etdiyi göz önündədir. Ruslar sülhməramlılarını da ora göndərib. Yəni siyasətləri bəllidir.
    Rusiya nə zaman imkan verib ki, İran proseslərə qatılsın, vasitəçi olsun? O zaman Levon Ter-Petrosyanla, Yaqub Məmmədovu prezident Rəfsəncani Tehrana dəvət etdi, vasitəçilik etdi.
    Sonra Şuşa işğal olundu. Sonra da Xalq Cəbhəsi iddia etdi ki, Şuşanın işğalına İran səbəb oldu. İran istəyirdi ki, durum düzəlsin, vasitəçilik də etdi. Ruslar buna imkan vermədi. Sonradan Minsk qrupu yarandı və İran yenə də prosesə buraxılmadı. Odur ki, Rusiyanın siyasəti onu tanıyanlar və bilənlər üçün məlumdur.

    Oxunub: 378
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.