“Qızıl Amnistiya” gəlir: Zəfər günü ərəfəsində məhbus ailələri ikiqat sevinc yaşayacaq...

Bir neçə gündən sonra Azərbaycan Milli Məclisi Amnistiya verilməsi haqqında qərar layihəsini qəbul edəcək.
Məlumata görə, İkinci Qarabağ Müharibəsində qazandığımız Zəfər Günü münasibəti ilə veriləcək Amnistiya aktı 15 mindən çox məhkumu əhatə edəcək.
Hüquq-mühafizə orqanlarının birgə təhlili nəticəsində hazırlanan layihəyə Cinayət Məcəlləsinin bir çox maddələri daxil edilib.
Məlumata görə, amnistiyaya düşəcək şəxslər arasında Cinayət Məcəlləsinin 139-1 maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) ilə ittiham olunanlar da var.
Bundan başqa oğurluq, ölümlə nəticələnməyən şəxsiyyət əleyhinə cinayətlər, külli miqdarda olmayan dələduzluq və sair əməllərinə görə məhkum olunanlar da azadlığa çıxa biləcək.
Layihə yaxın günlərdə Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinə göndəriləcək.
Layihənin təşəbbüskarının ölkənin birinci vitse-prezidenti Mehriban Əliyevanın olduğu bildirilir./gununsesi
Oxunub: 324
Xəbəri paylaş
Paylaş: