Rusiyada uşaqların ölkədən çıxarılması qaydası SƏRTLƏŞDİRİLDİ
Yerli KİV-in məlumatın görə, Rusiya Daxili işlər Nazirliyinin oktyabrın 17-dən qüvvəyə minən əmrinə əsasən, valideynlər konkret ölkəni və müddəti göstərərək övladlarının ölkədən çıxışına qadağa qoya bilərlər, DiN isə digər valideyni həmin qadağa barədə xəbərdar edəcək.
İndi uşağın xaricə getməsi ilə razılaşmayan valideyn və ya qanuni nümayəndə, müəyyən bir ölkəyə, ölkələrə və ya ümumiyyətlə bütün ölkələrə, habelə müəyyən müddətlərdə və ya uşağın 18 yaşına çatana qədər səyahət etməsini qadağan edib-etmədiyini göstərə bilər.
Sənəd həm də uşağın ölkədən çıxarılmasına razılıq verilməməsi ilə bağlı ərizənin geri götürülməsini də reqlamentə daxil edir. Bunun üçün DiN-in ərazi orqanına və ya vətəndaşın ərizə verdiyi digər instansiyaya müraciət etmək lazımdır.