Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Ünvanlı sosial yardım alan ailələrin sayı 82 minə çatdı
  • İstanbulda yaşayan aztəminatlı azərbaycanlı ailələrə yardım edilib - FOTO
  • YARDIMI VƏ YARDIMLINI "YEYƏNLƏR" – Əhali etiraz edir /VİDEO
  • İran XİN: “ABŞ-ın özünün yardıma ehtiyacı var”
  • Sosial yardımın təyin olunması qaydası dəyişdirilir
  • OCAQNEJATIN BAKIDAKI ƏSAS MİSSİYASI VƏ ŞOK ƏMƏLLƏRİ - Azərbaycanda yüz minlərlə dollar xüms toplayıb və.../FOTOLAR

    • Tarix: 20-10-2021, 11:00



    İran Mədəniyyət Mərkəzi və onun patronajlığında olan “Xomeyni İmdad Komitəsi” Azərbaycanda 1993-cü ildən etibarən fəaliyyət göstərib. 
    “İmdad Komitəsi”nin Bakı təmsilçiliyinin rəhbəri Hüseyn Ənvari KİV-ə açıqlamasında bildirmişdi ki, fəaliyyətdə olduqları 20 il müddətində Azərbaycanda “mədəniyyət ocaqlarına, təhsil müəssisələrinə, qaçqın və köçkün ailələrinə, ailə qurmaq istəyən imkansız gənclərə, aztəminatlı ailələrə, tibbi yardıma ehtiyacı olanlara” yardım göstəriblər. Amma araşdırmalar göstərir ki, bu açıqlamada bilərəkdən yol verilmiş yanlışlıqlar var.

    Faktlar düşünülmüş şəkildə təhrif edilib, İran Mədəniyyət Mərkəzinin gerçək məqsəd və niyyətinin gizlədilməsinə xidmət edib. “İmdad Komitəsi” Ənvarinin qeyd etdiyi sosial zümrələrə deyil, bu zümrələr sırasından seçib müəyyənləşdirilmiş ayrı-ayrı fərdlərə, konkret şəxslərə “yardım” göstərib. Yardım adıyla təqdim edilən vəsait təyinatlı olub, xüsusi maraqlara xidmət edib.
    Hər bir istiqamət üzrə diqqətlə seçilib müəyyənləşdirilmiş, maliyyələşdirilmiş şəxslərin kimliyinə, hansı məqsədlərə xidmət etdiklərinə, hansı səbəblə maliyyələşdirildiklərinə aydınlıq gətirmək üçün öncə İran “Mədəniyyə Mərkəzi”nin və onun yönləndirməsi ilə vəsaitlər ayıran “İmdad Komitəsi”nin missiyasına diqqət yetirmək lazım gəlir.

    Məsələnin kökü ondadır ki, şiə inancına görə, 12-ci imam qeybə çəkilib və o, zühur edənə qədər şiələrə rəhbərliyi vilayəti-fəqih həyata keçirməlidir (https://az.wikipedia.org/wiki/Vilay%C9%99ti-F%C9%99qih). İran bu inancdan özünün siyasi maraqları üçün sui-istifadə edir, məsələni dini-ideoloji kontekstdə təqdim etsə də, nəticəni özünün siyasi maraqları müstəvisinə yönləndirir. 

    İran ideoloqları özlərinin dini rəhbərləri Seyid Əli Xameneyinin hakimiyyətini vilayəti-fəqih elan ediblər. Bütün dünya şiələrini dini-mənəvi, siyasi-ideoloji baxımdan Xamneyiyə, yəni onun rəhbərliyi altında olan İrana tabe etmək istəyirlər.

    İran Mədəniyyət Mərkəzi və onun rəhbəri Seyid Əliəkbər Ocaqnejad İranın ali-dini lideri Seyid Əli Xameneyinin, yəni vilayəti-fəqihin Azərbaycandakı nümayəndəsidir. Məntiqi nəticə budur ki, Ocaqnejadın burada olmasının fəlsəfəsi Azərbaycan şiələrini dini-ideoloji baxımdan İrana tabe etməkdən ibarət olub.

    Amma bu, zahiri görüntüdür, dini ideologiya pərdəsi altında gerçəkləşdirilən riyakar bir siyasətdir. Proses dini-ideoloji müstəvidə təqdim edilsə də, mahiyyətcə İran dövlətinin siyasi maraqlarına xidmət edir. İranın ali dini liderinin Azərbaycan Respublikası üzrə nümayəndəsi höccətülislam Əliəkbər Ocaqnejad ilk gəlişində ölkəmizdə hörmətlə qarşılanıb. Bu, Azərbaycanda dinə hörmətdən və Ocaqnejadın soydaş sayılmasından irəli gəlib. 

    Digər bir səbəb isə İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xameneyiyə olan xoş münasibətdən qaynaqlanıb. Ancaq sonrakı dövrlərdə baş verən proseslər, o cümlədən, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi üçün İranın verdiyi dolayı dəstək, 44 günlük müharibədə İranın Azərbaycan əleyhinə fəaliyyəti, Zəngəzur dəhlizinin açılmaması üçün qurduğu planlar isbat etdi ki, nə İran səmimi islam respublikası deyil, nə də onun ali-dini liderinin Bakıya qarşı davranışları müsəlmançılıq prinsiplərinə uyğun gəlmir. 
    Əksinə, İran Seyid Əli Xameneyiyə, onun Bakıdakı nümayəndəsi Ocaqnejada göstərilən yüksək etimaddan sui-istifadə edib. O, din pərdəsi adı altında Azərbaycan cəmiyyətində pozuculuq fəaliyyəti ilə məşğul olub.
    “Hüseynçilər” Hərəkatı, İslam Partiyası, Müsəlman Birliyi Hərəkatı, “Şəhriyar” Mədəniyyət Mərkəzi kimi təşkilatların fəaliyyətini stimullaşdıraraq, Azərbaycanın sekulyar quruluşuna qarşı çıxıb.
    Bu təşkilatlar ölkəmizdə ayətullah Xameneyinin “İslam inqilabı doktrinası”nın yayılması, İranın tələblərinə tabe olan bir rejim yaradılması üçün çalışıblar (https://report.az/analitika/eliekber-ocaqnejat-iranla-azerbaycan-arasindaki-gerginliyin-esas-baiskari/).



    İran bənzər siyasəti Azərbaycandan öncə digər şiə kökənli ölkələrdə tətbiq edib və həmin ölkələrə fəlakətlər gətirib. Yaxın Şərq təcrübəsi göstərir ki, İran öz məqsədinə çatmaq üçün şiələrin kompakt yaşadığı müsəlman ölkələrində şiələri öncə dini-ideoloji baxımdan təşkilatlandırır, sonra onları siyasi qüvvə kimi formalaşdırır, daha sonra həmin dini-siyasi qüvvənin silahlı qruplaşmasını yaradır. Livan (Hizbullah), İraq (Həşdi-Şabi) və Yəmən (Husilərdən ibarət silahlı ordu) buna bariz nümunədir. 

    İran eyni ssenarini Azərbaycanda da tətbiq etməyə çalışıb. Ocaqnejad bu prosesin ilkin mərhələsini, yəni şiələrin dini-mənəvi və siyasi-ideoloji baxımdan təşkilatlanmasını həyata keçirmək üçün Azərbaycanın müstəqillik qazanmasının ilk anından-1993-cü ildən Bakıya göndərilmişdi.

    Yaxın Şərqdə böyük qətliamlar törədən, ideoloji baxımdan “siyasi təmayüllü sünni”lik qismində təqdim edilən İŞİD kimi, İran kökənli “siyasi təmayüllü şiəlik”də dünyəvi dövlət quruluşlu ölkələri ciddi şəkildə təhdid edir.

    Perspektivdə Azərbaycanın konstitusion quruluşunun dəyişdirilməsini, dünyəvi dövlətçilik prinsiplərinin ortadan qaldırılmasını, xalqımızın milli dəyərlərinin yox edilməsini və farslaşdırılmasını hədəfləyən “siyasi təmayüllü şiəlik” bu xüsusiyyətləri ilə “siyasi təmayüllü sünnilik”dən az təhlükəli deyil. 
    İranın və onun Azərbaycandakı təmsilçisi Əliəkbər Ocaqnejadın təlqin etdiyi “siyasi şiəlik” ideologiyasının yayılma mexanizminə nəzər salanda görürük ki, İranın nə hədəfləri, nə də bu hədəflərə çatmaq üçün tətbiq etdiyi metodlar, icra mexanizmləri dəyişmir.

    10 illərdir ki, bu siyasət şiəməzhəb ölkələrdə eyni formada tətbiq edilir. Azərbaycanda da siyasətin tətbiq edilməsi İran Mədəniyyət Mərkəzinin rəhbəri Seyyid Əliəkbər Ocaqnejadın əsas missiyası olub.

    Ona öz missiyasını yerinə yetirmək üçün lazım olan ilkin maddi vəsait isə İmdad Komitəsinin “yardım kampaniyaları” adı altında çatdırılıb. İran Mədəniyyət Mərkəzi və İmdad Komitəsi Azərbaycan rayonlarını təsnifatlaşdıraraq 19 qrup üzrə bölmüş, həmin 19 bölgə üzrə özünün yerli təmsilçiliyini yaratmış, bu təmsilçiliklərin hər rayon üzrə nümayəndəsini təyin etmişdi. Təmsilçilər əhali ilə canlı təmasda olmuş, araşdırmış, missiyalarına uyğun gələn şəxsləri seçib müəyyənləşdirmiş, onların adlarını “yardıma ehtiyacı olan imkansızlar” siyahısına daxil edərək nəzarətə götürmüşdür.
    Ocaqnejad Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə “yardıma ehtiyacı olan imkansız ailələr” sırasından xüsusi talantlı uşaq və gəncləri seçib ayırmış, “seçilmiş” gənclərin təhsil almaq adı ilə İrana göndərilməsini həyata keçirmişdir. İrana aparılan gənclərin dini təhsil almaq adı altında orada əməkdaşlığa cəlb edilmələri, İranmeylli təbliğat maşınının qurbanına çevrilmələri, gələcəkdə öz xalqına qarşı məqsədyönlü fəaliyyətə yönəldilmələrinə dair çoxsaylı faktlar mövcuddur.
    Günümüzdə İranda məskunlaşmış və anti-Azərbaycan fəaliyyəti ilə seçilən şəxslərdən Orxan Məmmədovun, Tohid İbrahimbəylinin, Əkrəm Hacızadənin, Musa Əsədzadənin durumları göz qabağındadır. (https://ovqat.com/manset/28400-hizbullahn-azrbaycan-uzr-eyx-nsrullas-tofid-brahimbyli-kimdir.html).

    İranda “təhsilini” başa vurduqdan sonra geri qayıdan gənclər də sərbəst buraxılmayıblar. Onlar müxtəlif vasitələrlə maliyyələşdirilmiş, din xadimi və ya ilahiyyatçı kimi cəmiyyət tərəfindən qəbul olunmalarına çalışılmışdır. Hazırda həbsdə olan bir qrup radikal şiə radikalları arasında məhz həmin şəxslər də vardır.

    “Yardım” pulu “xidmətə müqabil”ində verilib

    İran molla rejiminin ideoloji müstəvidə xidmətçisinə çevrilən bu şəxslərin maliyyələşdirilmə mexanizmləri də maraqlıdır. Məsələn, əldə edilən siyahıların birindən bəlli olur ki, “xidmətdə fərqlənən” 250 nəfərə hər ay “Hüseyniyyə” mərkəzində 100-1000 manat aralığında “yardım pulu” verilib.
    Həmçinin, Ocaqnejadın göstərişi ilə İran molla rejimini açıq tekstlə təbliğ etmək üçün müəyyənləşdirilmiş 381 nəfərdən hər birinə hər ay 100-150 manat civarında pul verilib.

    İranın dini məktəblərində təhsil alaraq geri dönmüş, Bakıda mollalıq edən gənclərdən biri öz müsahibəsində qeyd edib ki, Ocaqnejadın idarəsindən hər ay aldığı 150 manat qarşılığında ondan çox sadə tələblərə əməl etməsi istənilib: “Hüzr məclislərində, dini toplantılarda arada bir İranın dini siyasətindən söz salıb təqdir etsin, “Ocaqnejad Ağa” deyə bir cümlə işlətsin” (https://aqreqator.az/az/siyaset/441594).



    Ocaqnejadın, “İmdad Komitəsi”nin siyahılarında adı keçən şəxslərin bir qismi sadə və mövhumatçı dindar vətəndaşlardır. Bu kateqoriyaya daxil olan insanlar ən az yardım alanlar sırasındadırlar. Onlar aldıqları vəsait qarşılığında fərqinə varmadan İran molla rejiminin xüsusi təlimatlarını həyata keçiriblər.

    Göründüyü kimi, Əliəkbər Ocaqnejad İrandan gələn maliyyə vəsaitini ehtiyac içində olanlara deyil, İranın maraqlarına xidmət edənlərə, Azərbaycanın dövlət siyasətinə əks gedənlərə paylayıb. O, elə bir mexanizm qurub ki, İranın ayırdığı ilkin sərmayəni təkcə siyasi divident formasında deyil, həm də maddi vəsaitlər qismində geri qaytarıb.

    Bəllidir ki, şiə inancına mənsub müsəlmanlar xümsü (qazanclarının beşdə birini) təqlid etdikləri müctəhidə verirlər. İran və onun Azərbaycandakı nümayəndəsi Ocaqnejad bu amildən də sui-istifadə edib, yetərincə faydalanıb. Xüms ödəyənlərin ayırdıqları vəsaiti müctəhidin nümayəndəsinə, yəni onun özünə təqdim etmələri üçün mexanizm yaradıb (https://www.sistani.org/azari/book/25262/4103/).

    Beləliklə, Seyid Əli Xamneyini təqlid edən Azərbaycan şiələri xümslərini Xameneyinin nümayəndəsi Ocaqnejada veriblər. Ocaqnejad da həmin xüms pulundan şəhriyyə (aylıq maddi dəstək) kimi İranda “təhsil almış” şəxslərə, daha doğrusu, İranpərəst ruhunda tərbiyələndirilən şəxslərə paylayıb. Bu münvalla onları maliyyələşdirib. Məlumatlar göstərir ki, Ocaqnejad təkcə Azərbaycan vətəndaşı olan şiələrdən deyil, həm də Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan və Türkiyədə yaşayan şiə inanclı soydaşlarımızdan xüms toplayıb. Bu vəsaitin miqdarı yüz minlərlə dollar məbləğində olub.

    Ocaqnejatın təbliğat toruna daxil olan sosial şəbəkə profilləri və KİV qurumları

    Qeyd etdik ki, xüms adıyla toplanılmış vəsaitin bir qismi Ocaqnejatın “seçilmişlər” qrupunun üzvlərinə verilib, İranın Azərbaycan əleyhinə təbliğatına yönəldilib. Bu təbliğat maşını xüsusi tezislərlə təmin edilib. 
    Cəmiyyətə təlqin etməyə çalışıblar ki, bütün sosial-iqtisadi, mənəvi, hüquqi problemlərin əsas səbəbi Azərbaycanın dünyəvi dövlət quruluşudur. 
    Buna istinad edərək dindarlar arasında “şəriət qaydaları ilə idarə olunan ölkə” ideyasının yayılmasına çalışıblar. Milli mənsubiyyətimiz və mədəniyyətimizlə bağlı hər şeyi inkar edib, dini kimliyimizin Azərbaycançılığa qarşı qoyulmasına cəhd göstəriblər.

    Ümmətçilik prinsiplərinin təbliği fonunda milli kimliyimiz arxa plana atılıb. Ölkəmizdə dini kontingent daxilindəki birlik və həmrəylik mühitini sarsıtmaq, məzhəb ayrı-seçkiliyi zəminində qarşıdurma yaratmaq üçün çoxsaylı təşəbbüslər göstərilib. Vətən müharibəsində şəhid olmuş vətəndaşlarımız məzhəbinə görə fərqləndirilib.

    Ocaqnejad qrupunun təbliğatında Azərbaycanın ictimai, sosial və mədəni sahələrindəki inkişafı kontekstdən çıxarılaraq neqativ formada şərh edilib, əxlaqsızlığın yayılması, ənənəvi dəyərlərin tapdanılması kimi təqdim edilib. Ölkəmizin xarici siyasətini, beynəlxalq təşkilatlarla münasibətini İslama təhdid kimi qiymətləndiriblər. 
    Türkiyə, İsrail, ABŞ dövləti ilə münasibətləri hədəfə alıblar, dini inanclı insanları dövlət siyasətimizdən narazı salmağa çalışıblar.

    Ocaqnejad komandası məscidlərin pandemiya ilə əlaqədar bağlanmasını fərqli formada şərh etmiş, dindarlığın sıxışdırılması kimi qələmə vermiş, dindarları Məhərrəm ayında əzadarlıq mərasimlərinin məsciddən kənar yerlərdə keçirilməsinə təşviq etmişlər.

    Təsadüfi deyil ki, 1993-cü ildən başlayaraq, Azərbaycan xüsusi xidmət orqanları bir neçə dəfə zərərsizləşdirdikləri terrorçuların istintaqını apararkən İran Mədəniyyət Mərkəzinin və onun rəhbəri Əliəkbər Ocaqnejadın izinə çıxıblar.

    1993-cü ildə Ocaqnejad dövlət təhlükəsizlik prinsiplərinə zidd fəaliyyətlə məşğul olduğuna, “Təzəpir” məscidində panislamizm təbliğatı apardığına görə nəzarətə götürülmüş, xəbərdarlıq almışdır.
    Bənzər hadisə 2011-ci ildə də yaşanıb. Həmin ilin avqust ayında Azərbaycan hüquq-mühafizə orqanları “ölkəmizə qarşı düşmənçilik fəaliyyəti aparmaqla xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə təqsirli bilinən bir neçə şəxsin saxlanılması” barədə bəyanat yayıblar. Həmin bəyanatda da işin tərəfdarlarından biri kimi İran Mədəniyyət Mərkəzi və onun rəhbəri Əliəkbər Ocaqnejadın adı keçir. 

    Qeyd edilir ki, “Cəfəri” adlı radikal dini qrupun üzvləri İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəlikləri tərəfindən maliyyələşdirilən, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının tədbirlərində daim iştirak edərək, açıq şəkildə Azərbaycanda şəriət qanunları ilə idarə olunan dövlətin yaradılmasına çağırışlar ediblər”. 
    Bu olayda İranın Azərbaycandakı Mədəniyyət Mərkəzinin və onun rəhbəri Ocaqnejadın adı xüsusi hallandırılıb (https://www.azadliq.org/a/24297758.html).

    Bildirilib ki, dindar kontingent daxilində İranmeyilli təsirlərin artması, radikal meyillərin gücləndirilməsi, İslamın şiə məzhəbi müstəvisində təbliğ olunması nəticəsində ölkəmizdəki tolerant mühitin zəiflədilməsinə hesablanmış fəaliyyət göstərilib. Qəribədir ki, Ocaqnejad bu proseslərdən qurtulmağı bacarıb.

    2015-ci ilin payızında baş vermiş Nardaran insidentinin “xeyir-duası” da Ojaqnejadın dəvəti ilə hadisələrdən iki ay öncə Qumdan Bakıya səfər etmiş Ayətullah Hüseyn Nuri Həmədani tərəfindən verilib. Nardaran insidenti Əliəəkbər Ocaqnejadın içində olduğu proseslərdən bir nümunədir.

    Maraqlı məqamlardan biri də Ayətullah Hüseyn Nuri Həmədani ilə məsciddə keçirilən görüş zamanı zalda bir neçə “Hizbullah” bayrağının dalğalanması idi. Hadisələrindən sonra Azərbaycan xüsusi xidmət orqanları müəyyən etmişdilər ki, Nardaranda ələ keçirilən silah çeşidləri tanıdığımız ənənəvi silahlar deyil. Bu silahlar “Hizbullah”ın Yaxın Şərqdə istifadə etdiyi silahlar kateqoriyasına aiddir. Nardaranda bu silahların necə əldə edilməsi üzrə mülahizələr isə çox narahatedici məqamlardan xəbər verirdi.

    İran Mədəniyyət Mərkəzi və onun rəhbəri olan Ocaqnejadın kuratorluğu ilə idarə edilən anti-Azərbaycan təbliğatı təkcə hüzr mərasimlərində, dini ayinlərdə, məscidlərdə aparılmayıb. Bu təbliğatı əks etdirən geniş sosial şəbəkə profilləri mövcuddur. Sıralarında internet və ənənəvi KİV qurumları da vardır. 

    İnternet məkanında Azərbaycanın milli maraqlarına, dövlətçilik prinsiplərinə zərbə vurmağa çalışan dini, dini-siyasi məzmunlu səhifələrin, kanalların, saxta və real profillərin yaradılması, bu səhifələrin mərkəzləşdirilmiş qaydada dəstəklənməsi İran Mədəniyyət Mərkəzinin məşğuliyyətlərindən olub. 
    Hansı sosial şəbəkə profilləri, hansı KİV qurumları bu şəbəkəyə qoşulublar, təbliğatlarını necə qurublar, kimliklərini necə gizlədiblər? Növbəti yazımızda bu barədə geniş bilgi veriləcək.../milli.az

    Oxunub: 364
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.