İlqar İbrahimoğlu dindirildikdən sonra sərbəst buraxılıb

İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində bir neçə saat şahid qismində dindirildikdən sonra oktyabrın 20-də gecə saat 2 radələrində sərbəst buraxılıb.
Bu barədə İbrahimoğlunun özü facebook səhifəsində canlı yayımda bildirib.
O oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb.
“Mən hazırda sərbəstəm. Məni gəlib evimdən aparıblar. Bir neçə saat şahid qismində dindirilmişəm. Maraqlandırılan suallara cavb vermişəm. Geniş, ətraflı müzakirələr olub. Bütün sürəc boyunca çox peşəkar, korrekt davranılma olub. Hazırda mənə ünvanlanan bütün suallar, məsələlər cavablandırıldığı üçün sərbəst buraxılmışam,” - o qeyd edib./musavat.com
Oxunub: 178
Xəbəri paylaş
Paylaş: