“Türkiyə ilə Gürcüstan arasında uçuşlar dayandırılır” -
Gürcüstan XİN-dən bəyanat
Türkiyə və Gürcüstan koronavirusla mübarizə tədbirləri çərçivəsində qarşılıqlı uçuşların dayandırılması barədə ortaq razılığa gəlib.
Gürcüstanın Xarici İşlər Nazirliyi bu barədə bəyanat yayıb. Bəyanata əsasən məhdudiyyət martın 20-dən tətbiq ediləcək.
Qeyd edək ki, martın 14-dən etibarən Sarp gömrük keçid məntəqəsi ilə qarşılıqlı səfərlər məhdudlaşdırılıb. Məhdudiyyətin yük daşımalarına şamil olunmayacağı açıqlanıb./apa
Oxunub: 361
Xəbəri paylaş
Paylaş: