"Qarabağ" "Kayrat"la oyunda əzmkar qələbə qazanıb -
FOTOLAR
Ağdam təmsilçisi dünən Konfrans Liqasının qrup mərhələsinin III tur matçına çıxdı.
İlk iki görüşdə 4 xal toplayaraq H qrupuna liderlik edən Qurban Qurbanovun yetirmələri autsayderlər sırasında qərarlaşan “Kayrat”ı qəbul edib. Cari mövsüm nə Premyer Liqada, nə də avrokuboklarda məğlubiyyət üzü görən “Qarabağ” Qazaxıstan klubu önündə də bu seriyanı davam etdirib.
19-cu dəqiqədə penalti qolu ilə hesabda geri düşən ağdamlılar son dəqiqələrdə nəinki məğlubiyyətdən qaça bilib, hətta qələbə də qazanıb. Əvvəlcə 79-cu dəqiqədə Ramil Şeydayev status-kvonu bərpa edib. Final fiti ərəfəsində isə Abbas Hüseynov komandamıza 3 xalı qazandıran qola imza atıb.
Əzmkar qələbə sayəsində xallarının sayını 7-yə yüksəldən “Qarabağ” liderliyini davam etdirir.
Qeyd edək ki, “Qarabağ” IV tur çərçivəsində “Kayrat”la noyabrın 4-də Qazaxıstanda üz-üzə gələcək.
Qollar: Ramil Şeydayev, 79, Abbas Hüseynov, 90+1 - Joze Kante, 19 (pen.)
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Qoralski, 7. Quljiqit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 29. Daniyar Ussenov, 46. Arsen Burançiyev
Baş məşqçi: Kurban Berdıyev1 Qarabağ 3 2 1 0 6-2 7 2 Bazel 2 1 1 0 4-2 4 3 Kayrat 3 0 1 2 3-6 1 4 Omoniya 2 0 1 1 1-4 1