Vəkil Nazim İbrahimova cinayət işi açılmasını tələb etdi:
"O, Rövşən Əkbərov barəsində yalan ifadə verib"
Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili Taleh İbrahimov müdafiə çıxışı edib.
O, R.Əkbərovun barəsində bəraət hökmünün çıxırılmasını və zərərçəkmiş tərəfindən təqsirləndirilən şəxsə qarşı qaldırılan mülki iddianın təmin edilməməsini tələb edib:
"Rövşən Əkbərovun bu cinayətə adiyyatı yoxdur. Törətmədiyi cinayət əməlinə görə burada mühakimə olunur. Hadisə 20 il qabaq törədilib”.
Vəkil deyib ki, iş üzrə şahidlərin barəsində cinayət işi başlanmalıdır: "Şahidlərdən Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimov indiyə qədər 5 dəfə ifadə verib. O, 4 ifadəsində Rövşən Əkbərovun adını çəkməyib. 2021-ci ildə verdiyi ifadəsində qeyd edib ki, hadisə vaxtı Ukraynaya gedib və orada işi araşdıran zaman Rövşən Əkbərovla görüşüb.
Digər şahid fövqəladə hallar nazirinin birinci müavini Orucəli Hacıyev də 4 dəfə istintaqda ifadə verib. Lakin o da ifadlərinin heç birində söyləməyib ki, Məzahir ona Elçinin Rövşən Əkbərov tərəfindən vurulduğunu deməyib. Lakin bu il mart ayında Orucəli ifadəsində bildirib ki, hadisə Rövşən Əkbərov tərəfindən törədilib".
Daha sonra R.Əkbərovun digər vəkili isə çıxışa hazır olmadığını bildirib.
Növbəti proses oktyabrın 27-də davam edəcək.
Məhkəmə iclası bitəndən sonra məhrhum Elçin Əliyevin anası Səmayə Əliyeva vəkilin çıxışına etiraz edib. O, oğlunun Rövşən Əkbərovun öldürdüyünü bildirib: “Ona silah verin oğlumu necə öldürübsə, məni də öldürsün”.
R.Əkbərov isə E.Əliyevi öldürmədiyini söyləyib.
Xatırladaq ki, ötən məhkəmə iclasında prokuror R.Əkbərovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.