Ərdoğan Qarabağa görə dünya mediasını tənqid etdi:
"Ballistik raket hücumları heç gündəmə gətirilmədi..."
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilən “Media Forumu”na ünvanladığı videomüraciətdə deyib.
“Medianın müstəqilliyindən və obyektivliyindən danışan beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi hərəkət etdilər. Qarabağ müharibəsi ölkələrimiz və türk dünyası ilə bağlı həqiqətlərə qarşı tətbiq edilən media embarqosunun nə ilk, nə də son nümunəsidir.