"Moskvada Azərbaycan və Ermənistan arasında 2 sənəd imzalanacaq"-
KİV
“Report” xəbər verir ki, bu barədə Ermənistan mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb.
"Gözlənilir ki, son anda forsmajor hal baş verməzsə, sənədləri Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayacaqlar”, - xəbərdə vurğulanıb.