Zakir Həsənov Azərbaycan Ordusunun Laçındakı təlimini izləyib, tapşırıqlar verib
VİDEO / FOTO
Müdafiə Nazirliyindən bildirilib ki, general-polkovnik Z.Həsənov Quru Qoşunlarının təlim qərargahında olub və fəaliyyətlərin təşkilini yoxlayıb.
Sonra nazir səhra şəraitində açılan komanda idarəetmə məntəqəsində komandir və qərargah zabitlərinin xəritə və ərazinin maketi üzərində əməliyyatların aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələrini dinləyib.
Müdafiə naziri qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib./report