G7 ölkələri rəqəmsal ticarətlə bağlı yeni razılığa gəlib
Bu barədə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya ticarət nazirlərinin oktyabrın 22-də Londonda baş tutan görüşünün yekunları üzrə qəbul edilmiş bəyanatda deyilir.
Nazirlər rəqəmsal ticarətin uğurlu inkişafı üçün məlumatların sərhədlərarası sərbəst hərəkətinin vacib olduğunu vurğulayıblar.
Sənəddə qeyd edilir ki, mübadilə zamanı istifadə olunan məlumatların məxfiliyi, əqli mülkiyyət hüquqlarının və rəqəmsal təhlükəsizliyin qorunması başlıca prinsiplərdəndir.
Bəyanata görə, sözügedən prinsiplər xarici sərmayə və rəqəmsal ticarət üçün bazarların rəqabət qabiliyyətliliyini, şəffaflığını və əlçatanlığını təmin etməlidir./report