Ərdoğan təlimat verdi, 10 səfir "persona non-qrata" elan edilir
“Yatıb-durub “Kavala” deyirlər. Kavala Sorosun Türkiyə şöbəsidir. Buna görə XİN-ə gəlirlər. Bu nə cür tərbiyəsizlikdir, bura Türkiyədir! Bura bir qəbilə dövləti deyil. Lazımı göstərişi XİN-ə verdim, nə etməli olduqlarını dedim. Bu 10 səfirin tezliklə “persona non qrata” elan edilməsini həll edəcəksiniz dedim”, - deyə o bildirib.
Qeyd edək ki, sözügedən səfirlər Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ı təmsil edirlər. Onlar daha əvvəl məsələ ilə bağlı Türkiyə XİN-ə çağırılmışdı./Haber Global